ABB-dən kapital bazarlarını canlandıracaq daha bir addım!
Artıq Bankın ABB mobile tətbiqində ABB səhmlərinin təkrar bazarına da start verilib.
2023-cü il üzrə qazanılmış mənfəət və ödənilmiş dividend:
Konsolidə edilmiş xalis mənfəət 380 mln. AZN
Ödənilmiş dividend 185 mln. AZN
2023-cü ildə ABB-nin konsolidə edilmiş xalis mənfəəti 380 mln. manat olub.
Səhm gəlirliliyi
31.1%
Dividend gəlirliliyi
15.1%
Bir səhm üzrə mənfəət
0.08 AZN
Qeyd: dividendlər əvvəlki ilin maliyyə nəticələri ilə bağlı kənar audit hesabatı təsdiqləndikdən sonra növbəti ilin birinci yarısında ödənilir.
Ödənilmiş dividendlər
mln. manat
Axtarışınız üzrə nəticə tapılmadı
“Azərbaycan Beynəlxalq Bankı” ASC (bundan sonra ABB və ya Bank) tərəfindən buraxılan adi səhmlərdir. Bu səhmləri əldə edən şəxs ABB-nin səhmdarı olur və bir səhmdar kimi Bankın illik xalis mənfəətindən dividend almaq, Səhmdarların Ümumi Yığıncaqlarında iştirak edərək həmin yığıncaqlarda gündəliyə qoyulmuş mühüm məsələlər üzrə səs vermək hüququ qazanır.
Dividend səhmdar cəmiyyətinin qazandığı xalis mənfəətdən öz səhmdarlarına ödədiyi puldur. Dividendin həcmi səhmdar cəmiyyətin xalis mənfəətinə və dividendin verilməsi barədə səhmdarların qərarına bağlıdır. Səhmdar cəmiyyət nə qədər çox xalis mənfəət əldə edərsə, bir o qədər öz səhmdarlarına dividend ödəmək imkanı əldə edir. Səhmdar cəmiyyətin səhmdarları il ərzində qazanılmış xalis mənfəətin bir hissəsinin (məsələn 10%, 20%, 50% və ya başqa hissəsinin), yaxud hamısının dividend formasında ödənilməsi barədə qərar qəbul edə bilər. Bu qərarlar Səhmdarların Ümumi Yığıncağında iştirak edən səhmdarların səs çoxluğu ilə qəbul edilir.
ABB öz səhmdarlarına dividend ödənişini 2019-cu ildən bəri bərpa edib. Bank 2022-cü ildə 125 milyon manat, 2023-cü ildə 156 milyon 600 min manat dividend ödəyib. 2024-cü ildə isə 185 milyon manat dividend ödəyib. Səhmbaşına düşən dividend 2022-ci ildə 2,8 qəpik, 2023-cü ildə 3,4 qəpik, 2024-cü ildə 4,1 qəpik təşkil edib.
Fiziki şəxslər üçün xeyr. 2028-ci ilin 1 fevral tarixinə qədər fond birjasının listinqində olan səhmdar cəmiyyətlərin, o cümlədən ABB-nin səhmləri üzrə ödənilən dividendlərə görə fiziki şəxslərdən vergi tutulmur.
İstənilən fiziki və hüquqi şəxs ABB səhmlərini təkrar bazardan əldə bilər.
Bəli. Əldə edilmiş səhmlər kağız daşıyıcıda “ABB-İnvest” İnvestisiya Şirkəti QSC-yə və ya digər investisiya şirkətlərinə sifariş verilməklə satış həyata keçirilə bilər. Yaxın gələcəkdə səhmlərin ABB mobile vasitəsilə elektron formada satışı da mümkün olacaqdır.
Üstünlük hüququndan istifadə imkanı barədə bildirişi sifarişli poçt göndərişi ilə əldə etmiş və bildiriş alındığı tarixdən on iş günü ərzində ABB-yə tələbini təqdim etmiş səhmdardır.