Geri qayıtmaq

Avans kredit xətti

Avans ABB-dən əməkhaqqı və ya təqaüd alan şəxslərə maaşı gözləmədən təcili xərclərinin həlli üçün təklif olunan pul vəsaitidir. Tecili avans kredit xidmətindən yararlanmaqla müştəri, onun üçün ayrılan avans məbləğini 5%, min. 2 AZN komissiya ödəməklə istifadə edə bilir və 40 günədək güzəşt müddəti ərzində ödənişi edir. Növbəti güzəşt müddəti hər ayın 10-u ötən ayın əsas borcuna 5%, min. 2 AZN komissiya hesablanmaqla tətbiq edilir.

Məhsulun şərtləri:

    • İllik faiz dərəcəsi: 0%
    • Maksimal məbləğ: 1000 AZN-dək
    • Limitdən istifadə müddəti: 36 ayadək
    • Girovsuz
    • Zaminsiz

Kimlər avans əldə edə bilər?

Avans kredit, ABB-nin emissiya etdiyi ödəniş kartları vasitəsilə əməkhaqqı və/və ya yaşa görə pensiya alan müştərilər üçün nəzərdə tutulub.

Yaş tələbi: Min. 20 yaş - Max. müqavilə müddətinin bitmə tarixinə 70 yaş.

Məhsulu necə əldə edə bilərəm?

Məhsulu ABB mobile tətbiqinə keçid edib əldə edə bilərsiniz.

Aldığım vəsaitə görə ödənişi necə edə bilərəm?

  • ABB Mobile tətbiqində Avans Kabinetdə “Borcu Ödə” bölməsindən;
  • Əməkhaqqından avtomatik tutulma ilə;
  • ABB terminallarında “Hesaba Mədaxil” seçib, Avansın hesab nömrəsini daxil etməklə.

Tecili avans kredit ilə maliyyə ehtiyaclarınızı tez və rahat şəkildə qarşılayın!

ABB Mobile
YÜKLƏ