Qlobal iqtisadi mühitdə baş verən sürətli dəyişikliklər və maliyyə bazarlarındakı qeyri-müəyyənliklər sahibkarlar və investorlar üçün ciddi risklər yaradır. Xüsusilə qiymət dəyişkənliyi və məzənnə volatilliyi idxal-ixrac fəaliyyəti göstərən və beynəlxalq bazarlarda iştirak edən şirkətlərin maliyyə nəticələrinə birbaşa təsir edir.
ABB, müştərilərinin belə risklərə daha hazırlıqlı olmasını təmin etmək üçün müasir törəmə alətlər təqdim edir. Bu məhsullar sayəsində müştərilər bazarda baş verə biləcək gözlənilməz dəyişikliklərə qarşı öncədən tədbir görərək maliyyə planlamasını daha sabit şəkildə qura bilərlər.
Risklərinizi idarə edin, gəlirlərinizi qoruyun
Təklif olunan törəmə maliyyə alətləri, həm risklərdən qorunmaq məqsədilə, həm də maliyyə çevikliyi yaratmaq baxımından mühüm rol oynayır. Müxtəlif ssenarilərə uyğun fərdiləşdirilə bilən bu alətlər vasitəsilə siz risklərinizi idarə edə, gəlirlərinizi isə təminat altına ala bilərsiniz.
