ABB ilə sərfəli keşbek imkanlarından necə yararlanmaq olar?
ABB kartları ilə gündəlik alış-verişlərinizdən əlavə qazanc əldə etmək mümkündür. “Faydalı keşbek” paketləri ilə həyat tərzinizə uyğun kateqoriyalar seçərək 10%-dək keşbek qazana bilərsiniz. Üstəlik, aylıq keşbek limiti 300 ₼-dəkdir.
Sərfəli keşbek nədir və necə işləyir?
Sərfəli keşbek gündəlik xərclərinizin müəyyən hissəsinin sizə geri qaytarılması imkanını ifadə edir. ABB-də Faydalı keşbek paketlərindən birini seçərək müxtəlif kateqoriyalar üzrə alış-verişlərinizdən keşbek qazana bilərsiniz. Qazanılan vəsait ABB mobile tətbiqindəki keşbek balansında əks olunur və müəyyən şərtlər daxilində özünüzə məxsus ABB kartına köçürülə bilər və ya tətbiqdaxili ödənişlərdə istifadə oluna bilər.
Sərfəli keşbek qazanmaq üçün hansı kateqoriyaları seçmək olar?
Faydalı keşbek çərçivəsində müxtəlif həyat tərzlərinə uyğun paketlər təqdim olunur. Kapitalist, Ailə başçısı, Macərapərəst, Romantik və Gənc kimi paketlərdən ehtiyaclarınıza daha uyğun olanı seçə bilərsiniz. Kateqoriyalara kafe və restoranlar, geyim mağazaları, apteklər, avtomatik ödənişlər, QR ödənişlər, səyahət və digər gündəlik xərclər daxildir.
Sərfəli keşbek ilə ay ərzində nə qədər qazanmaq olar?
ABB-nin Faydalı keşbek paketləri üzrə aylıq maksimum keşbek məbləği 300 ₼ təşkil edir. Ayrı-ayrı kateqoriyalar üzrə isə kateqoriyanın faizinə əsasən maksimum 30 ₼ keşbek qazanmaq mümkündür. Limitə çatdıqdan sonra həmin kateqoriya üzrə növbəti əməliyyatlara 1% keşbek tətbiq olunur.
Sərfəli keşbeki daha da artırmaq mümkündürmü?
Bəli. Faydalı keşbek-lə yanaşı, ABB-nin “Faydalı Klub” partnyor şəbəkəsindən də yararlanmaq mümkündür. Partnyorlar arasında müxtəlif mağaza, restoran, xidmət və digər kateqoriyalardan olan bizneslər yer alır və bəzi alış-verişlər üzrə 20%-dək keşbek əldə etmək mümkündür. Bundan əlavə, ABB mobile-da Fayda Max səviyyələri ilə əlavə keşbek imkanları təqdim olunur.











