Dəyərli ABB səhmdarı,
Mülki Məcəllənin 107-1.8-ci maddəsini rəhbər tutaraq “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin (“ABB” ASC) İdarə Heyəti Sizin nəzərinizə çatdırır ki, 13.12.2024-cü il tarixində saat 15:00-da Bakı şəhəri, Nizami küçəsi 67 ünvanında Bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
Bununla yanaşı bildiririk ki, “ABB” ASC-nin Nizamnaməsinin 8.10-cu maddəsinə əsasən səsvermənin qiyabi şəkildə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilir:
- “ABB” ASC-nin nizamnamə kapitalının artırılması və Nizamnaməsinin yeni redaksiyada təsdiq edilməsi;
- “ABB” ASC-nin törəmə innovasiya şirkətinin yaradılması.
Ümumi yığıncağın gündəliyinə çıxarılan məsələlər üzrə müvafiq materiallar və səsvermə bülleteni 01.12.2024-cü il tarixindən hər bir səhdmdar üçün Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi tərəfindən İnvestor Portalında yaradılmış şəxsi kabinetində yerləşdiriləcəkdir (invp.e-mdm.gov.az).
Gündəlikdə olan məsələlərə dair münasibətinizi şəxsi kabinet vasitəsilə 01.12.2024-cü il tarixdən 13.12.2024 cü il tarixədək elektron qaydada bildirməklə və ya bülleteni çap edərək müvafiq qaydada dolduraraq (məsələlərə münasibətinizi dəqiq və şərtsiz bildirmək (lehinə, əleyhinə, bitərəf) və imzanız qanunvericilikdə müəyyən edilmiş qaydada (notarial və s.) təsdiq edilmək, habelə şəxsiyyət vəsiqənizin surətini təqdim etmək şərti ilə) qapalı zərfdə Bakı şəhəri, Nizami küçəsi 67 ünvanına 13.12.2024 cü il tarixədək göndərməklə səsvermədə qiyabi iştirak edə bilərsiniz.
Yuxarıda qeyd olunan qaydada təqdim edilmiş zərflərin açılması, eləcə də elektron qaydada verilmiş səslərin sayılması ümumi yığıncağın keçirildiyi gün həyata keçiriləcəkdir.