Bankdaxili köçürmələr
Şərtlər:
Cari hesabınızdan ABB-də olan - özünüzün və ya digər şəxsin hesabına pul göndərməyin ən asan və sərfəli yolu - bankdaxili köçürmədir.
Köçürmələr həm milli, həm də xarici valyutada aparılır.
Bankdaxili köçürməni aparmaq üçün banka 2 nüsxədə “A” formatlı ödəniş tapşırığını və şəxsiyyəti təsdiq edən sənədinizi təqdim edin.
Ödəniş tapşırığında aşağıdakı məlumatları qeyd edin:
- Köçürmənin tarixi (ödəniş tapşırığı bank tərəfindən 3 iş günü ərzində icra oluna bilər) və nömrəsi
- Sizin rekvizitləriniz (adınız, soyadınız, hesab nömrəniz, VÖEN, əgər varsa)
- Alan müştərinin rekvizitləri (müştərinin adı, hesab nömrəsi, VÖEN-ni)
- Köçürülən məbləğ rəqəmlə və sözlə, köçürmənin valyutası
- Köçürmənin təyinatı
- İmza
Ölkədaxili köçürmələr
Şərtlər:
Cari hesabınızdan ölkənin hər hansı bir bankında olan - özünüzün və ya digər şəxsin hesabına pul göndərməyin ən asan və sərfəli yolu - ölkədaxili köçürmədir.
Köçürmələr yalnız milli valyutada aparılır.
Köçürmələr AZİPS və ya XÖHKS sistemi vasitəsilə aparıla bilər.
XÖHKS sistemi:
- Köçürmənin maksimal məbləği 40 000 manatadək (büdcəyə ödənişlər istisna olmaqla)
- Köçürmə 10 iş günü ərzində alan şəxsə çatır
AZİPS sistemi:
- Köçürmənin maksimal məbləği məhdudiyyətsizdir.
- Köçürmə cari iş günü, saat 16:30-dək qəbul olunduğu halda həmin günün tarixi ilə icra olunur. Köçürmə cari iş günü saat 16:30-dan sonra qəbul olunduğu halda, növbəti iş gününün tarixi ilə icra olunur.
Ölkədaxili köçürməni aparmaq üçün banka 2 nüsxədə “A” formatlı ödəniş tapşırığını və şəxsiyyəti təsdiq edən sənədinizi təqdim edin.
Ödəniş tapşırığında aşağıdakı məlumatları qeyd edin:
- Köçürmənin tarixi (ödəniş tapşırığı bank tərəfindən 3 iş günü ərzində icra oluna bilər) və nömrəsi
- Sizin rekvizitləriniz (adınız, soyadınız, hesab nömrəniz, VÖEN, əgər varsa)
- Göndərən bankın rekvizitləri (Bankın adı, kodu, VÖEN-i, müxbir hesabı, SWIFT-i)
- Alan müştərinin rekvizitləri (müştərinin adı, hesab nömrəsi, VÖEN-ni)
- Alan bankın rekvizitləri (Bankın adı, kodu, VÖEN-i, müxbir hesabı, SWIFT-i)
- Köçürülən məbləğ rəqəmlə və sözlə, köçürmənin valyutası
- Köçürmənin təyinatı
- İmzalar
Xaricə köçürmələr
Şərtlər:
Cari hesabınızdan hər hansı bir xarici bankda olan - özünüzün və ya digər şəxsin hesabına pul göndərməyin ən asan və sərfəli yolu - xaricə köçürmədir.
Xaricə köçürmələr ənənəvi valyuta növlərindən (USD, EUR, GBP, RUR, CHF, CAD, AUD, JPY və s.) başqa dünyanın 100-dən çox valyutasında da rahatlıqla yerinə yetirilə bilər.
Köçürmənin maksimal məbləği - məhdudiyyətsiz, lakin valyuta tənzimlənməsi qaydalarına uyğun olaraq.
Köçürmə 3 iş günü ərzində alan şəxsə çatır.
Köçürməni aparmaq üçün banka 2 nüsxədə ödəniş tapşırığını və şəxsiyyəti təsdiq edən sənədinizi təqdim edin.
Ödəniş tapşırığında aşağıdakı məlumatları qeyd edin:
- Köçürmənin tarixi
- Sizin rekvizitləriniz (adınız, soyadınız, hesab nömrəniz)
- Sizin bankınızın adı
- Vasitəçi bank mövcud olduğu halda (onun adı və/və ya S.W.I.F.T BİK kodu göstərilir)
- Alan bankın rekvizitləri (Bankın adı, SWIFT kodu, ölkəsi, şəhəri, filialı)
- Alan müştərinin adı (müştərinin adı, VÖEN-ni, ünvanı)
- Alan müştərinin hesab nömrəsi
- Köçürülən məbləğ rəqəmlə və sözlə, köçürmənin valyutası
- Köçürmənin təyinatı
- Bank üçün əlavə məlumat
- İmza