ABB kiçik və orta sahibkarların işini asanlaşdırmaq və bank xərclərini azaltmaq üçün xüsusi "Çevik" xidmət paketi təqdim edir. Bu paket cari və potensial müştərilərin əsas xidmət ehtiyaclarını təmin etmək və ya biznes tələblərini dəstəkləmək məqsədilə özündə kompleks xidmətləri vahid formada cəmləyir.
Geniş imkan
13-ə qədər pulsuz və ya güzəştli bank xidmətlərinin vahid paketdə əldə edilməsi imkanı
Xərclərə qənaət
Xərclərin optimizasiyası və rahat izlənməsi imkanı
Güzəştli xidmət
Xidmət paketlərinə daxil olmayan məhsul və xidmətləri güzəştli tariflərlə əldə etmək imkanı
Xidmət paketləri xidmət müqaviləsi bağlandığı tarixdən qüvvəyə minir və növbəti 1 il ərzində istifadə edilə bilər.
Eyni anda yalnız bir aktiv Xidmət paketindən istifadə edilə bilər.
Bank Xidmət paketi üzrə ödənilmiş vəsaiti müştəriyə geri qaytarmır.
Dövriyyə limitləri yalnız paket daxilində istifadəsi ödənişsiz nəzərdə tutulan əməliyyat növləri üzrə hesablanır.
Dövriyyə limitləri hesablanarkən cari hesaba nağd vəsaitlərin mədaxili nəzərə alınmır.
Dövriyyə limitləri hesablanarkən müştərinin Bankdakı mövcud hesabları arasında aparılan köçürmələr nəzərə alınmır.