Səhifəni dəyərləndirin
Fikirlərinizi bizimlə bölüşün. Rəyləriniz dəyərlidir!
Minimal dövriyyə tələblərini ödəyən ABB-nin cari müştəriləriləri ehtiyaclarına uyğun vəsaiti anında əldə edə bilərlər. FİFD: min. 15.4% - maks. 29.8%


Üstünlüklər
Sürətli rəsmiləşdirmə
Müraciətə dərhal cavab alaraq krediti rəsmiləşdirmə imkanı

Təminatsız
Girovsuz və zəmanətsiz kredit imkanıdır

Onlayn
Banka getmədən minimal sənədləşmə ilə krediti sifariş və əldə edin

Ani kredit biznes fəaliyyəti ilə məşğul olan və minimal dövriyyə tələblərini ödəyən ABB müştəriləri üçün nəzərdə tutulmuş sürətli maliyyələşmə alətidir. Bu məhsul vasitəsilə sahibkarlar əsas və dövriyyə vəsaitlərinin artırılması və cari biznes xərclərinin qarşılanması üçün 500 000 AZN-dək vəsaiti girovsuz əldə edə bilərlər. Ani kredit online formatda təqdim edildiyi üçün fiziki növbələr və uzun sənədləşmə prosesi aradan qalxır və sahibkarlar daha az vaxt itkisinə məruz qalırlar.
Ani kredit götürmək prosesi tamamilə rəqəmsaldır. İlk növbədə, müştəri lazımi məbləği və müddəti seçərək müraciətini ünvanlayır. Bankın təklifi dərhal formalaşır və məbləği qəbul etmək üçün müştəri kredit müqaviləsini elektron şəkildə imzalayır. Cəmi bir neçə dəqiqə ərzində vəsait hesaba köçürülür ki, bu da onlayn ani kredit təcili maliyyə ehtiyacı olan bizneslər üçün ən optimal həlldir.
Bu xidmət bankın cari müştərisi olan, biznesini inkişaf etdirmək istəyən fərdi sahibkarlar və hüquqi şəxslər üçün mükəmməl seçimdir. Əgər sizin əməliyyat xərclərinin qarşılanması və ya əsas vəsaitlərin yenilənməsi üçün büdcəyə ehtiyacınız varsa, ani kredit onlayn müraciət imkanı ilə vaxtınıza qənaət edərək biznesinizi böyütmək fürsətini dəyərləndirə bilərsiniz.
Onlayn ani kreditin faizləri və ödəniş şərtləri ABB Bank tərəfindən təqdim olunan kredit məhsulunun məbləği, müddəti və müştərinin kredit tarixçəsindən asılı olaraq müəyyən edilir. Kredit üzrə illik faiz dərəcəsi 13.5%-dən başlayır (FİFD aralığı 15.4% - 29.8%). Maksimum 24 ayadək müddətə verilən bu kredit üzrə 1% birdəfəlik komissiya tətbiq olunur. Ən böyük üstünlüyü isə heç bir girov və ya zəmanət tələb olunmamasıdır.
İnternet Bank
