ABB-nin əlaqə məlumatları:
Qaynar xətt: 937
Həmçinin müraciətlərinizi info@abb-bank.az elektron ünvanına göndərə bilərsiniz.
Xidmətin poçt ünvanı: Bakı ş., AZ1005, Nizami küç., 67
Azərbaycan Respublikası Mərkəzi Bankının əlaqə məlumatları:
Ünvan: AZ1014, Azərbaycan Respublikası, Bakı şəh., R.Behbudov küç. 32,
Tel.: (994 12) 493 11 22
Faks: (994 12) 493 55 41
Elektron poçt: mail@cbar.az
İSTEHLAKÇI MÜRACİƏTLƏRİNƏ BAXILMASI ÜZRƏ DAXILI QAYDALARIN QISA İCMALI
“İstehlakçı müraciətləri ilə iş” şöbəsi (bundan sonra “şöbə”) tərəfindən istehlakçıların müraciətlərinin qəbulu üçün maksimal çıxış imkanları yaradılmalı, müraciət vasitələri məhdudlaşdırılmamalıdır.
İstehlakçı müraciətlərinə baxılması və cavablandırılması məqsədi ilə istehlakçı banka minimal olaraq özü və şikayət predmeti haqda aşağıdakı məlumatları təqdim etməlidir.
- Müraciətçinin (istehlakçının) ad, soyad və ata adı
- Əlaqə nömrəsi (elektron ünvanı)
- doğum tarixi
- qeydiyyat və ya yaşadığı ünvan
- müraciətin məzmunu.
Müraciətçi müraciətini banka şifahi, yazılı və elektron formada göndərə bilər.
Müraciətçi şifahi formada müraciətini Bankın Baş İdarəsində istehlakçıların hüquqlarının müdafiəsi üzrə xüsusi struktur bölmənin əməkdaşlarına, Məlumat Mərkəzinin qaynar xəttinə,yazılı ərizəsini (təklif və ya şikayətini) bankın müvafiq filiallarında qeydiyyatdan keçirərək ümümi işlər üzrə mütəxəssislərə və ya poçt vasitəsi ilə bankın mərkəzi ofisinə ünvanlayaraq, internet üzərindən olan elektron müraciətini isə info@abb-bank.az elektron ünvanına göndərə bilər.
Hər bir müraciətçi ona müraciəti ilə bağlı verilən cavabla razılaşmadıqda, müraciətin yenidən araşdırılması məqsədilə kredit təşkilatına təkrar müraciət etdikdə müraciətin yenidən baxılması və araşdırılması məsul şəxsin (müşahidə şurasının üzvünün) xüsusi nəzarəti altında həyata keçirilməli və müraciət bu məsul şəxs tərəfindən cavablandırılmalıdır.
İstehlakçılar müraciətləri ilə bağlı kredit təşkilatının cavabı ilə razılaşmadıqda, onlar hüquqlarının bərpası üçün Mərkəzi Banka, o cümlədən məhkəməyə müraciət edə bilərlər.
Bank tərəfindən istehlakçıların müraciətləri Azərbaycan Respublikasının “Vətəndaşların müraciətlərinə baxılması qaydası” haqqında qanununun 10-cu maddəsinin tələbinə uyğun olaraq ən geci 15 iş günü ərzində cavablandırılmalıdır. Müraciətlərlə bağlı əlavə araşdırma tələb edilərsə, müraciətlərin cavablandırılması 30 iş gününədək uzadıla bilər.
Hər bir istehlakçı müraciət üçün nəzərdə tutulmuş elektron ünvan, çağrı mərkəzinin qaynar xətti üçün qısa nömrəni, bankımızın məlumat və reklam vərəqələrindən, internet ünvanımızdan əldə edə bilər. İstehlakçıların hüquqlarının müdafiəsi üzrə xüsusi struktur bölmə tərəfindən aşağıdakı meyarlar üzrə hesabatlar aparılır:
- istehlakçılar barəsində məlumatlar;
- müraciətlərin sayı, xarakteri və səbəbləri;
- müraciətlərin məhsullar və xidmətlər üzrə bölgüsü;
- cavablandırılmış, hazırda baxılan və ya imtina edilmiş müraciətlərin sayı;
- kompensasiya ödənilmiş müraciətlərin sayı və kompensasiya məbləğləri.