ABB Biz tətbiqi ilə biznesinizin gündəlik maliyyə ehtiyaclarını asanlıqla qarşılayın.
📝 Qeydiyyat: Fərdi sahibkarlar filiala getmədən tətbiqdə onlayn qeydiyyatdan keçə bilərlər.
📂 Hesab açmaq: Sürətli və rahat şəkildə hesab açaraq istənilən vaxt və yerdə hesaba daxil olmaq mümkündür.
💳 Debet kart sifarişi: ƏDV ödəyicisi olmayan fərdi sahibkarlar debet kartını onlayn sifariş edərək asanlıqla istifadə edə bilərlər.
📱 Apple Pay və Google Pay: Sahibkart-ı mobil pulqabına əlavə edərək ödənişləri tamamlamaq, həmçinin NFC dəstəyi ilə ATM-lərdən vəsait çıxarmaq mümkündür.
💸 Köçürmələr: Bankdaxili, ölkədaxili və şəxsi hesablar arasında köçürmələr asan və sürətlidir.
💡 HÖP ödənişləri: Büdcə, kommunal və telekom ödənişlərini rahatlıqla həyata keçirmək olar.
📊 Əməliyyatları izləmə: Mobil tətbiq vasitəsilə maliyyə əməliyyatlarını onlayn izləmək, xərcləri analiz etmək və büdcə planlamaq mümkündür.