Geri qayıtmaq

QR kod

ABB Biz - QR kod ödəniş sistemi

QR kod – müştərilərdən nağdsız ödənişləri qəbul etmək üçün istifadə olunan Anipay sistemi ilə işləyən texnologiyadır. Müştəri sadəcə QR kodu skan edərək əlavə əməliyyata ehtiyac qalmadan ödənişi təsdiqləyir.

Əsas xüsusiyyətlər:

  • 📱 Rahət ödəniş: Müştərilər bank kartı və ya nağd puldan istifadə etmədən mobil telefonla ödəniş edir.
  • 🔒 Təhlükəsizlik: Məlumatlar şifrələnir və AniPay sistemi üzərindən emal olunaraq fırıldaqçılıq riski azalır.
  • Sürət: Ödənişlər tamamlandıqdan dərhal sonra məbləğ hesabda görünür.
  • 💰 Komissiyasız: AniPay sistemi sərfəli tariflərlə əlavə xərc yaratmadan işləyir.

QR kodu dinamik və statik olmaqla iki versiyada istifadə etmək mümkündür:

  • Dinamik QR: Satış məntəqəsində hər ödəniş üçün biznes tərəfindən məbləğ qeyd edilərək QR kod yaradılır.
  • Statik QR: Müştərilər vahid QR-ı oxutmaqla öz məbləğlərini daxil edib ödənişi həyata keçirirlər.

ABB Biz tətbiqi ilə QR kod sifariş edərək müştərilərinizə rahat və müasir ödəniş imkanları təqdim edə bilərsiniz!

ABB Mobile
YÜKLƏ