Geri qayıtmaq

Məlumat Mərkəzi 24/7

ABB-nin Məlumat Mərkəzi müştərilərə 24/7 rejimində xidmət göstərir. Məlumat Mərkəzinə müraciət edərək müştərilər Bankın məhsul və xidmətləri haqqında ətraflı məlumatı Banka gəlmədən əldə edə bilərlər.

Xidmət zamanı müştərilərlə bağlı eyniləşdirmənin aparılması üçün onlara şəxsiyyət vəsiqələrinin seriya nömrəsi və FİN kodu, Müştəri kodu (CİF) və məxfi söz haqqında suallar verilir. Məlumat Mərkəzi ilə əlaqə saxlayarkən müştəri bu suallara asanlıqla cavab verə bilmək üçün şəxsiyyət vəsiqəsini, ABB-yə aid ödəniş kartını və ya hesab nömrəsi barədə məlumatları yanında saxlamalıdır.

Müştərilər Məlumat Mərkəzindən bu xidmətləri əldə edə bilərlər:

  • Balans və hesab qalığı üzrə məlumatın alınması;
  • Kart üzrə icra edilən əməliyyat haqqında (bloklanmış məbləğ, keçməyən ödəniş və s.) məlumatın alınması;
  • Kredit limitli kartlarda icra olunan əməliyyatlar haqqında məlumatın alınması;
  • Nağd kredit barədə məlumatın alınması;
  • Nağd kredit hesabında olan vəsaitin ümumi borca silinməsi;
  • Uğursuz PİN cəhdlərinin sıfırlanması;
  • Kartların statusunun yoxlanılması;
  • Kartın bloklanması və aktiv edilməsi;
  • ATM, Cashİn və Azericard terminallarından istifadə zamanı yaranmış çətinliklərlə bağlı sorğuların yerləşdirilməsi;
  • SMS xəbərdarlıq xidmətinin aktiv/deaktiv edilməsi, SMS xəbərdarlıq xidməti üzrə daşınma nömrənin tənzimləməsi;
  • 3D Secure xidmətinin aktiv edilməsi/3D Secure xidməti üzrə aktiv nömrənin yoxlanılması/dəyişdirilməsi;
  • Mobilbank və İnternet bank proqramı bloka düşdükdə aktivləşdirilməsi;
  • POS terminal vasitəsilə keçən bütün əməliyyatların yoxlanması;
  • Kart üzrə müvafiq limitlərin aktiv/deaktiv edilməsi.

Əlaqə: 

937

(+994 12) 493 00 91

Bakı şəhəri üzrə stasionar telefonlardan zəng tam ödənişsizdir.

Mobil operatorlardan və Bakıdan kənar şəhər stasionar telefonlarından zəng ödənişlidir.

Elektron ünvan:

info@abb-bank.az

 

Tez-tez verilən suallar

ABB Mobile
YÜKLƏ