ABB mobile tətbiqi üzərindən xeyriyyə fondlarına ianələrinizi rahatlıqla həyata keçirə bilərsiniz.
Səhifəni dəyərləndirin
Fikirlərinizi bizimlə bölüşün. Rəyləriniz dəyərlidir!
İanə fondları
Qarabağ Dirçəliş Fondu
“Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxsi Azərbaycan Respublikası Prezidentinin 4 yanvar 2021-ci il tarixli Fərmanı ilə yaradılıb. Fondun məqsədi Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulmasına, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsi, sərmayələrin cəlb edilməsidir. Bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafının təmin edilməsi, eləcə də ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərinin həyata keçirilməsi də Fondun məqsədlərinə daxildir. Fondun vəsaitləri fiziki və hüquqi şəxslərin ianələri, qrantlar, qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşır. Siz hüquqi və fiziki şəxs olaraq filial və şöbələrimizdən bu rekvizitlərlə, yaxud ABB mobile tətbiqimizdən, eləcə də bu saytdan onlayn qaydada Fonda könüllü köçürmələr edə bilərsiniz.
Azərbaycan Ordusuna Yardım Fondu
Azərbaycan Ordusuna Yardım Fondu Azərbaycan Prezidentinin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə yaradılıb. Siz hüquqi və fiziki şəxs olaraq ordumuza dəstək məqsədilə filial və şöbələrimizdən bu rekvizitlərlə Fonda könüllü şəkildə köçürmə edə bilərsiniz. Köçürülən vəsaitlər Azərbaycan Ordusunun maddi-texniki bazasının, hərbi qulluqçularımızın sosial müdafiəsinin daha da gücləndirilməsinə sərf edilir.
YAŞAT Fondu
Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu (“YAŞAT” Fondu) Azərbaycan Respublikası Prezidentinin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə yaradılıb. Fondun məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılmasıdır. Bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsi də Fondun məqsədlərinə daxildir.
Siz hüquqi və fiziki şəxs olaraq “YAŞAT” Fondunun veb-saytından onlayn qaydada könüllü köçürmələr edə bilərsiniz.