Səhifəni dəyərləndirin
Fikirlərinizi bizimlə bölüşün. Rəyləriniz dəyərlidir!
Hesabınız üzrə təsdiqedici məktub almaq istəyirsinizsə, onu onlayn sifariş edib, vaxtınıza qənaət edə bilərsiniz. Əvvəlcədən bütün məlumatlarınızı onlayn göstərin, arayışınız hazır olan kimi, onu istənilən filial/şöbəmizdən əldə edin.
Ana səhifədə Onlayn xidmətlər bölməsinə daxil olun;
Arayış sifariş edin bəndini seçin;
Adınızı, soyadınızı və ata adınızı qeyd edin;
Hesabınızın növünü seçin: kart və ya cari;
Xidmət aldığınız filial/şöbəni seçin;
Şəxsiyyət vəsiqənizin ön və arxa hissəsinin fotosunu yükləyin;
Hesabdakı vəsaitin arayışda hansı valyuta ekvivalentində göstərilməsini seçin;
Arayışın tərtib ediləcəyi dili seçin;
Məktubda göstərilməsini istədiyiniz məlumatı dəqiqləşdirin;
Email ünvanınızı və mobil telefon nömrənizi göstərib təsdiqləyin;
Xidmət haqqını ödəyin;
Arayışı əldə etmək üçün şəxsiyyətinizi təsdiq edən sənədlə əməliyyatçıya yaxınlaşın (növbələrin elektron idarəetmə sistemində Online sifarişlər - Online kart bəndini seçməyinizi tövsiyə edirik);
Növbədə gözləməmək üçün R@ndevu xidməti vasitəsilə filialda görüşə əvvəlcədən yazılın.
İş günlərində saat 14:00-dək verilmiş sifarişlər növbəti iş günündə saat 10:00-dan etibarən icra olunacaq.
İş günlərində saat 14:00-dan sonra verilmiş sifarişlər növbəti iş günündə saat 14:00-dan etibarən icra olunacaq.
Qeyri-iş günü edilən sifarişlər növbəti iş günü saat 14:00-dan etibarən icra olunacaq.
* Sifariş zamanı göstərdiyiniz məlumatlarda uyğunsuzluq olduğu halda əməkdaşımız Sizinlə əlaqə saxlayacaq.