Geri qayıtmaq

Hesabınıza nəzarət edin

Məlumat Mərkəzinə müraciət edin

Məlumat Mərkəzinə (937) zəng etməklə hesablarınızı idarə etmək üçün Sizə "Məlumat kodu" lazım olacaq.

"Məlumat kodu"nu əldə etmək üçün:

  • Filial/şöbənizə şəxsiyyətinizi təsdiqləyən sənədlə müraciət edin.
  • Ərizə doldurun.
  • Ərizədə işlək mobil telefon nömrəsini göstərin.
  • Yeni müştərisinizsə, “Məlumat kodu” növbəti iş günü ərzində, mövcud müştərisinizsə, cari iş günü ərzində mobil telefon nömrənizə SMS şəklində göndəriləcək.

"Məlumat kodu"ndan istifadə çox asandır:

  • Məlumat Mərkəzinə zəng edin, operatora bağlanın.
  • Məlumat kodunuzu telefonun klaviaturasında yığın.
  • İdentifikasiyanız uğurla keçdiyi halda, operator istədiyiniz məlumatı Sizə bildirəcək və ya əməliyyatı keçirəcək.

"Məlumat kodu"nuzu unutduğunuz halda:

  • Sizə xidmət göstərən filial/şöbəyə yaxınlaşın.
  • Ərizə formasını doldurun.
  • Sizə mövcud “Məlumat kodu” yenidən göndəriləcək.

"Məlumat kodu"nuzu dəyişdirmək istədiyiniz halda:

  • Sizə xidmət göstərən filial/şöbəyə yaxınlaşın.
  • Ərizə formasını doldurun.
  • Sizə mövcud ”Məlumat kodu” yenidən göndəriləcək.

Mobil telefon nömrənizi dəyişdiyiniz halda:

  • Sizə xidmət göstərən filial/şöbəyə yaxınlaşın.
  • Ərizə formasını doldurun.
  • Sizə mövcud “Məlumat kodu” yenidən göndəriləcək.

Filial/şöbəyə müraciət edin

Hesabınız barədə məlumat almaq və ya hər hansı bir əməliyyat aparmaq üçün Banka yalnız özünüz və ya notarial qaydada təsdiq olunmuş etibarnamə əsasında digər şəxs (və ya şəxslər) müraciət edə bilər.

SMS/Email məlumatlandırma

Cari hesab üzrə “SMS/Email məlumatlandırma” xidməti

  • “SMS Məlumatlandırma” xidməti - cari hesab üzrə aparılmış mədaxil/məxaric əməliyyatları barədə mobil telefon nömrəsinə SMS vasitəsilə məlumatın göndərilməsi.
  • E-mail Məlumatlandırma” xidməti - cari hesab üzrə aparılan əməliyyatlara dair bank hesabından çıxarışın elektron poçt ünvanına göndərilməsi.

Şərtlər

  • “SMS Məlumatlandırma” xidmətinə qoşulduqda cari hesab üzrə mədaxil/məxaric əməliyyatları barədə bildirişlər əməliyyatın aparıldığı zaman sms vasitəsilə göndərilir.
  • E-mail Məlumatlandırma” xidmətinə qoşulduqda cari hesab üzrə mədaxil/məxaric əməliyyatlarını əks etdirən hesabdan çıxarış seçimə uyğun olaraq, əməliyyatın aparıldığı gündən sonrakı iş günü, həftədə bir dəfə və ya ayda bir dəfə elektron poçt ünvanına göndərilir.

Xidmət haqqı

  • Xidmətdən istifadə pulsuzdur.

Qoşulma üsulu

  • “SMS/ E-mail Məlumatlandırma” xidmətinə cari hesabın aid olduğu filial və ya şöbə vasitəsilə qoşulmaq mümkündür.
ABB Mobile
YÜKLƏ