Hesab açmaq
Cari hesabı açmaq üçün aşağıdakı üsullardan istifadə edə bilərsiniz:
- Sizə yaxın olan filial/şöbəmizə müraciət edərək şəxsiyyətinizi təsdiq edən sənədi təqdim edin:
-
- şəxsiyyət vəsiqəsi (Azərbaycan Respublikasının vətəndaşları üçün)
- pasport (əcnəbilər üçün)
- vətəndaşlığı olmayan şəxslərə verilən şəxsiyyət vəsiqəsi
- Qaçqın statusu olan şəxslər üçün vəsiqə
- hərbi bilet
- hərbi vəsiqə
Hesabınızı digər bir şəxs ilə birlikdə idarə etmək istəyirsinizsə, cari hesabınız birgə hesab formasında da açıla bilər. Bu halda hesab onu açan hər bir şəxs tərəfindən onu idarə və istifadə edə bilər.
Hesabınız aşağıdakı valyutalarda açıla bilər:
- Azərbaycan manatı (AZN)
- ABŞ dolları (USD)
- Avro (EUR)
- Ingilis funt sterlinqi (GBP)
- Rus rublu (RUB)
- Kanada dolları (CAD)
- İsveçrə frankı (CHF)
- Yapon yeni (JPY)
İmkanlar
- Hesaba nağd pul yatırmaq (istənilən filial/şöbəmizdə)
- Hesabdan nağd pul əldə etmək (istənilən filial/şöbəmizdə)
- Hesabdan ölkədaxili və ya ölkə xaricinə köçürmələr etmək
- Xaricdən və ya ölkənin istənilən nöqtəsindən hesaba köçürmələr qəbul etmək
- Mütəmadi Köçürmə xidmətinə qoşulmaqla istədiyiniz məbləği mütəmadi şəkildə bankımızda hesabı olan istənilən şəxsə göndərmək
Cari hesabın bağlanması
“Bankda cari hesab açmaq üçün müraciət etmiş fiziki şəxs müştərilərlə bank arasında bank hesablarının açılması və xidmət göstərilməsi üzrə müqavilə imzalanır. Bu müqavilə imzaladığı tarixdən qüvvəyə minir və bankdakı hesabın bağlanması anınadək qüvvədə qalır. Nəzərinizə çatdırırıq ki, fiziki şəxs olan müştərilərin hesabları üzrə azı 1 (bir) il ərzində əməliyyat aparılmadığı təqdirdə bank tərəfindən müqavilə birtərəfli qaydada ləğv edilə bilər. Müqavilənin ləğv edilməsi hesabının bağlanması üçün əsasdır”.
Tariflər
Cari və ya əmanət hesabının açılması pulsuzdur.