DigiHesab Max açmaq:
DigiHesab Max ilə hesabınızdakı qalıq məbləğə faiz gəliri qazanın! DigiHesab Max ABB mobile-da SİMA İmza vasitəsilə tam onlayn açılır.
İmkanlar:
- Hesaba pul mədaxil etmək (ABB mobile ilə istənilən bank kartından);
- Hesabdakı qalığın minimum 200 AZN, maksimum 500 000 AZN-dək hissəsinə illik faiz gəliri qazanmaq;
- Bütün hesablar üzrə cəmi 3 000 000 AZN-dək mədaxil etmək imkanı;
- Hesabdan nağd pul əldə etmək (istənilən filial/şöbəmizdə);
- ABB mobile-da kartlarınız və hesablarınız arasında köçürmə etmək;
- Hesabdan ölkədaxili və ya ölkə xaricinə köçürmələr etmək;
- Tarixçənin izlənilməsi.
Hesabın valyutası:
Hazırda yalnız Azərbaycan manatı (AZN) valyutasında DigiHesab Max yarada bilərsiniz.
Tariflər:
- Hesabın açılması pulsuzdur.
- Maksimum 6 DigiHesab Max hesabı açmaq mümkndür.
- Hesabdan köçürmə və nağdlaşdırılma edildiyi zaman həmin günə qədər qazanılmış faiz gəlirini itirmirsiniz.