Hesabınız üzrə təsdiqedici məktub almaq istəyirsinizsə, onu onlayn sifariş edib, vaxtınıza qənaət edə bilərsiniz.
Əvvəlcədən bütün məlumatlarınızı onlayn göstərin, arayışınız hazır olan kimi, onu istənilən filial/şöbəmizdən əldə edin.
Sifarişi necə etməli?
- Ana səhifənin Onlayn xidmətlər bölməsinə daxil olun.
- Arayış sifariş edin bəndini seçin.
- Adınızı, soyadınızı və ata adınızı qeyd edin.
- Hesabınızın növünü seçin: kart və ya cari.
- Cari hesabın nömrəsini daxil edin.
- Xidmət olunduğunuz filial/şöbəni seçin.
- Şəxsiyyət vəsiqənizin ön və arxa hissəsinin fotosunu yükləyin.
- Hesabdakı vəsaitin arayışda hansı valyuta ekvivalentində göstərilməsini seçin.
- Arayışın tərtib ediləcəyi dili seçin.
- Arayışın təqdim olunacağı təşkilatı dəqiqləşdirin.
- Arayışda göstəriləcək məlumatları dəqiqləşdirin.
- Email ünvanınızı və mobil telefon nömrənizi göstərib təsdiqləyin.
- Xidmət haqqını ödəyin.
- Arayışı əldə etmək üçün şəxsiyyətinizi təsdiq edən sənədlə əməliyyatçıya yaxınlaşın (növbələrin elektron idarəetmə sistemində Online sifarişlər - Online kart bəndini seçməyinizi tövsiyə edirik).
- Növbədə gözləməmək üçün R@ndevu xidməti vasitəsilə filialda görüşə əvvəlcədən yazılın.
Arayışım nə vaxt hazır olacaq?
Sifariş zamanı göstərdiyiniz məlumatlarda uyğunsuzluq olmadığı halda, arayışınız aşağıdakı müddətə hazır olacaq:
- Sifarişi iş günü saat 14:00-dək verdiyiniz halda - növbəti iş günü saat 10:00-dan başlayaraq
- Sifarişi iş günü saat 14:00-dən sonra verdiyiniz halda - növbəti iş günü saat 14:00-dən başlayaraq
- Sifarişi qeyri-iş günü verdiyiniz halda - növbəti iş günü saat 14:00-dən başlayaraq
Sifariş zamanı göstərdiyiniz məlumatlarda uyğunsuzluq olduğu halda, əməkdaşımız Sizinlə telefonla əlaqə saxlayacaq.