Şərtlər
Siz hər hansı əşya, sənəd, pul məbləği və ya digər qiymətliləri etibarlı yerdə saxlamaq istəyirsinizsə, depozit seyfinin icarəsi - Sizin üçün ən münasib xidmətdir.
Seyfin minimal icarə müddəti - 1 gün, maksimal icarə müddəti - 1 ildir. İcarə müddəti başa çatdıqdan sonra, əgər müqaviləyə xitam verilməzsə, o, avtomatik olaraq 1 aylıq müddətə uzadılır. Müştəri müəyyən olunmuş vaxt ərzində müraciət etmədiyi təqdirdə, depozit qutusu qüvvədə olan qaydalara əsasən məcburi şəkildə açılacaq.
İcarə müqaviləsini bağlamaq üçün ərizəni doldurub şəxsiyyəti təsdiq edən sənədi təqdim etmək kifayətdir.
İstifadə qaydaları
Depozit seyflərinin təhlükəsizliyi necə təmin olunur?
Depozit seyfləri bankın xüsusi təhlükəsizlik sistemləri ilə təchiz edilmiş otaqlarda yerləşir.
Depozit seyfləri iki qıfıl və iki açar (depozit seyfinin əsas açarı və müştəri açarı) ilə təmin olunur. Hər iki qıfıl və hər iki açar biri-birindən fərqlənir. Seyf yalnız hər iki açarın bir yerdə istifadəsi nəticəsində açıla və bağlana bilər. Açarın biri Sizdə, əsas açar isə MXS-də saxlanılır.
Seyfin açarını itirdikdə nə etmək lazımdır?
Depozit seyfinin açarını itirdikdə Siz filialınıza ərizə ilə müraciət etməlisiniz. Yeni qıfılın quraşdırılması, yeni açarların hazırlanması və bununla bağlı digər xərclər Sizdən tutulacaq (bankın tariflərinə uyğun olaraq)
Depozit seyfindən istifadə etmək hüququ digər şəxslərə verilə bilərmi?
Siz digər şəxslərə depozit seyfindən istifadə etmək hüququnu notarial qaydada təsdiq olunmuş etibarnamə əsasında verə bilərsiniz.
Tariflər
Depozit seyflərinin icarə haqqı tam şəkildə, yəni icarə müddətini tam əhatə etməklə əvvəlcədən ödənilir və seyfin ölçüsündən asılı olaraq dəyişir.
Seyf axtarmaq
Depozit seyfi olan filiallarımızdan Sizə yaxın olanı seçin.