Geri qayıtmaq

Ev almaq istəyənlər üçün ABB-dən yeni fürsət

29.07.2024
Əmanətli ipoteka krediti

Mənzil, ev, bağ almaq məqsədilə ilkin ödəniş məbləği toplayan müştərilərə ABB-dən maraqlı təklif var. Bank “Əmanətli ipoteka krediti” məhsulunun şərtlərini dəyişərək müştərilər üçün daha da sərfəli edib.

Bu məhsul həm müştərilərin ölkənin etibarlı bankında sərfəli şərtlərlə yığım əmanəti yerləşdirməsinə və ipoteka kreditinin ilkin ödənişini toplamasına şərait yaradır, həm də güzəştli şərtlərlə mənzil almaq ehtiyacını təmin edir.

Müştəri ABB-də “Əmanətli ipoteka krediti” hesabı açıb ora hər ay minimum 300 manat yerləşdirir. Hesabda toplanmış vəsaitlərə əmanət şərtlərinə uyğun illik 9,5%-dək faiz gəliri hesablanır. Əmanət müqaviləsi müştərinin istəyindən asılı olaraq 12, 24 və 36 ay müddətinə bağlanır. Əmanət müddəti başa çatdıqdan sonra müştəri hesabında yığılmış vəsaitlə istədiyi mənzilin dəyərinin bir hissəsini ilkin ödəniş qismində ödəmək imkanına malik olur. Üstəlik, ipoteka kreditini almaq üçün güzəştli şərtlərdən faydalanmaq imkanı da qazanır.

 

İpoteka şərtləri:

- İllik faiz dərəcəsi: 10%-dən başlayaraq

- Maksimal kredit məbləği: 500 000 AZN

- Müddət: 25 ilədək

- İlkin ödəniş: 15%

- Komissiya: yoxdur

 

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

ABB Mobile
YÜKLƏ