ÜMUMİ MƏLUMAT:
15-30 iyun tarixlərində toplam 100 AZN məbləğində taksitli alış-veriş əməliyyatların 5 AZN-i kampaniya bitdikdən sonra kart balansına geri qayıdacaq.
KAMPANİYA KİMLƏRƏ AİDDİR:
Kampaniya SMS-lə kampaniya ilə bağlı məlumat alan şəxslərə aid edilir. SMS mətnində kampaniyaya aid edilən şəxsin ad, soyad və kampaniyaya daxil olan kartının son 4 rəqəmi bildirilir. Digər kartlarla edilən əməliyyatlar kampaniyaya aid edilmir. Kampaniyadan hər müştəri yalnız bir dəfə yararlana bilər.
KAMPANİYAYA QOŞULMA MÜDDƏTİ:
Kampaniya şərtləri 15/06/2022 tarixindən 30/06/2022 tarixinədək keçərlidir.
QOŞULMA:
Qoşulmaq üçün SMS-də göstərilən kartınızla qeyd olunan tarixlər arasında toplam minimal 100 AZN məbləğində taksitli alış-veriş əməliyyatı etməlisiniz. Kampaniyaya aşağıdakı əməliyyatlar daxildir:
- Taksitli əməliyyatlar
ƏLAVƏ MƏLUMAT:
- Qazanılmış keşbek məbləğləri müştərilərin kart balanslarına kampaniya bitdikdən sonra 10 iş günü ərzində köçürüləcək.
- Kampaniya üzrə qazanılacaq maksimal keşbek məbləği 5 AZN təşkil edir. İkinci və daha sonrakı 100 AZN və daha yüksək məbləğlər keşbek qazandırmır.
- Əgər SMS-də qeyd edilən şəxs deyilsinizsə və ya şəxsi məlumatlarınız bank sistemində səhv qeyd edilibsə, bankla əlaqə saxlayaraq məlumatlarınızda düzəliş etdirə bilərsiniz. Bu şəkildə bankda olan yeniliklərdən və sizə özəl kampaniyalardan xəbərdar ola biləcəksiniz.
- Xarici valyutada edilən əməliyyat (lar) üzrə bankın hesablama gününə olan məzənnəsinə əsasən AZN ekvivalenti nəzərə alınacaq.
- Ləğv edilmiş əməliyyatlar üzrə keşbek hesablanmayacaq.