Qalib podratçı barədə bildiriş

Müsabiqələr barədə elan Qalib podratçı barədə bildiriş Digər bildirişlər Bağlanmış müqavilələrin reyestri Satınalma planı Satınalma hesabatları Təchizatçı anketi
Təmizlə

“ABB” ASC tərəfindən “One Identity” lisenziyaların müddətin uzadılması xidmətinin satın alınmasına dair keçirilmiş açıq tender proseduru nəticəsində qalib şirkət “Jet İnformasiya Sistemləri” MMC (VÖEN 1401388061) seçilmişdir.

Satınalma Komissiyası tərəfindən qaliblə 152,255.40 (yüz əlli iki min iki yüz əlli beş manat, 40 qəpik) manat məbləğində (ƏDV daxil) müqavilə imzalanması qərara alınmışdır.

“ABB” ASC tərəfindən əsaslı və cari təmir işlərinin satın alınmasına dair keçirilmiş açıq tender proseduru nəticəsində yerlərin “Geoproject” MMC (VÖEN 2003594091), “İR Master Group” MMC (VÖEN 1804760321), “Karaca Group” MMC (VÖEN 1503834071) və “Dərya LTD” MMC (VÖEN 1600206671) şirkətləri arasında bölünməsinə qərar verilmişdir.

Satınalma Komissiyası tərəfindən qaliblərdən “Geoproject” MMC ilə 1,394,961.29 manat, “İR Master Group” MMC ilə 1,371,665.44 manat, “Karaca Group” MMC ilə 1,262,858.46 manat və “Dərya LTD” MMC ilə 1,250,024.81 manat məbləğində müqavilələrin imzalanmasına qərar verilmişdir.

“ABB” ASC tərəfindən kiber hücumların simulyasiyası xidmətinin satın alınmasına dair keçirilmiş açıq tender proseduru nəticəsində qalib şirkət "Deloitte and Touche” MMAC (VÖEN 1300679981) seçilmişdir.

Satınalma Komissiyası tərəfindən qaliblə ƏDV daxil 77,763.18 (yetmiş yeddi min yeddi yüz altmış üç manat, 18 qəpik) manat məbləğində müqavilə imzalanması qərara alınmışdır.

“ABB” ASC tərəfindən santexnika mallarının satın alınmasına dair keçirilmiş kotirovka sorğusu proseduru nəticəsində yerlərin “Ahmadoglu” MMC və “Tovenner Group” MMC arasında bölüşdürülməsi qərara alınmışdır.

Satınalma Komissiyası tərəfindən "Ahmadoglu" MMC (VÖEN 6900684821)şirkəti ilə ƏDV daxil olmaqla 30,275.18 (otuz min iki yüz yetmiş beş manat, 18 qəpik) manat,  "Tovenner Group" MMC (VÖEN 1505939691) şirkəti ilə ƏDV daxil olmaqla 29,724.82 (iyirmi doqquz min yeddi yüz iyirmi dörd manat, 82 qəpik) manat məbləğində məbləğində müqavilənin imzalanmasına qərar verilmişdir.

“ABB” ASC tərəfindən yeni və cari MXS ofisləri üçün mebel avadanlıqlarının (Lot1) satın alınmasına dair keçirilmiş açıq tender proseduru nəticəsində qalib şirkətlər “Qardaşlar mebel" QSC (VÖEN 1003718621), “Embawood” MMC (VÖEN 6400009481), “M-Kontakt” MMC (VÖEN 1400263291) "Az Ali" MMC (VÖEN 1505376981) seçilmişdir.

Satınalma Komissiyası tərəfindən "Qardaşlar Mebel" QSC şirkəti ilə 255,701.32 manat (iki yüz əlli beş min yeddi yüz bir manat, 32 qəpik) manat (ƏDV daxil), “Embawood” MMC şirkəti ilə 255,628.68 (iki yüz əlli beş min altı yüz iyirmi səkkiz manat, 68 qəpik) manat (ƏDV daxil), "M-Kontakt" MMC şirkəti ilə 247,084.00 (iki yüz qırx yeddi min səksən dörd manat) manat (ƏDV daxil) və "Az Ali" MMC şirkəti ilə 241,585.99 (iki yüz qırx bir min beş yüz səksən beş manat, 99 qəpik) manat (ƏDV daxil) müqavilələrin imzalanması qərara alınmışdır.

“ABB” ASC tərəfindən pulların daşınması üçün arabaların satın alınmasına dair keçirilmiş kotirovka sorğusu proseduru nəticəsində “Nil Group” MMC qalib seçilmişdir.

Satınalma Komissiyası tərəfindən qaliblə (VÖEN: 1404722041) ƏDV daxil olmaqla 10,443.00 (on min dörd yüz qırx üç manat, 00 qəpik) manat məbləğində müqavilə imzalanmasına qərar verilmişdir.

“ABB” ASC tərəfindən Baş ofis və struktur bölmələr üçün UPS qurğularının (xüsusilə, paralel çalışan 250 kVA UPS 3/3 və elektron transfer SWITCH 400A (3 faza) avadanlıqlarının istehsal ölkələri “Avropa Birliyi” ölkələri olması mütləqdir) satın alınmasına dair keçirilmiş açıq tender proseduru nəticəsində qalib şirkət “İstinad Electronics Firması” MMC (VÖEN 1701312631) seçilmişdir.

Satınalma Komissiyası tərəfindən qaliblə 366,618.92 (üç yüz altmış altı min altı yüz on səkkiz manat, 92 qəpik) manat məbləğində (ƏDV daxil) müqavilə imzalanması qərara alınmışdır.

 

“ABB” ASC tərəfindən Kuryerlər üçün çatdırılma marşrutlarının idarəedilməsi platformasının satın alınmasına dair keçirilmiş kotirovka sorğusu proseduru nəticəsində “GPS Solutions” MMC (VÖEN: 1701474341) şirkətinin qalib seçilməsinə qərar verilmişdir.

Satınalma Komissiyası tərəfindən qaliblə ƏDV daxil 7,080.00 (yeddi min səksən manat, 00 qəpik) manat məbləğində müqavilənin imzalanmasına qərar verilmişdir.

“ABB” ASC tərəfindən Bank əməkdaşları üçün kartinq yarışlarının keçirilməsinə dair xidmətlərin satın alınmasına dair keçirilmiş kotirovka sorğusu proseduru nəticəsində yerlərin Bakucitykarting” MMC (VÖEN: 1203740131) şirkətləri arasında bölünməsinə qərar verilmişdir.

Satınalma Komissiyası tərəfindən qaliblərdən “Bakucitykarting” MMC ilə bir vahid üzrə təqdim etdikləri kotirovka təklifi uzrə müqavilənın imzalanmasına qərar verilmişdir.

ABB Mobile
YÜKLƏ