“ABB” ASC tərəfindən Windows Server və Microsoft SQL Server üçün lisenziyaların satın alınmasına dair keçirilmiş açıq tender proseduru nəticəsində “Stell Technology” MMC qalib seçilmişdir.
Satınalma Komissiyası tərəfindən qaliblə (VÖEN 1400502471) ƏDV daxil olmaqla 200,117.97 (iki yüz min yüz on yeddi manat, 97 qəpik) manat məbləğində müqavilə imzalanmasına qərar verilmişdir.
“ABB” ASC tərəfindən ATM köşkləri üçün təhlükəsizlik sistemi avadanlıqlarının satın alınmasına dair keçirilmiş kotirovka sorğusu proseduru nəticəsində “Araznet” MMC qalib seçilmişdir.
Satınalma Komissiyası tərəfindən qaliblə (VÖEN1502600541) ƏDV daxil olmaqla 37,144.98 manat (otuz yeddi min yüz qırx dörd manat, doxsan səkkiz qəpik) manat məbləğində müqavilə imzalanmasına qərar verilmişdir.
“ABB” ASC tərəfindən Kuryer xidmətlərinin satın alınmasına dair keçirilmiş kotirovka sorğusu proseduru nəticəsində “Garant Post” MMC və “189 Courier” MMC qalib seçilmişdir.
Satınalma Komissiyası tərəfindən “Garant Post” MMC (VÖEN 2004330581) ilə 50,452.00 (əlli min dörd yüz əlli iki) manat və “189 Courier” MMC (VÖEN 1006864101) ilə 40,048.00 (qırx min qırx səkkiz) manat məbləğində müqavilə imzalanmasına qərar verilmişdir.
“ABB” ASC tərəfindən inzibati strukturlarda təmizlik xidmətlərini icra etmək üçün xadimə xidmətinin satın alınmasına dair keçirilmiş kotirovka sorğusu proseduru nəticəsində “Reynbov” MMC qalib seçilmişdir.
Satınalma Komissiyası tərəfindən qaliblə (VÖEN 1904699031) ƏDV daxil olmaqla 32,500.00 (otuz iki min beş yüz) manat məbləğində müqavilə imzalanmasına qərar verilmişdir.
“ABB” ASC tərəfindən Bakı, Sumqayıt, Abşeron və regionlarda Banka məxsus köşk və çətir tipli ATM-lərin təmizlənməsi xidmətlərinin satın alınmasına dair keçirilmiş kotirovka sorğusu proseduru nəticəsində “Mint Services” MMC qalib seçilmişdir.
Satınalma Komissiyası tərəfindən qaliblə (VÖEN 1702104551) ƏDV daxil olmaqla 95,000.00 (doxsan beş min manat, 00 qəpik) manat məbləğində müqavilə imzalanmasına qərar verilmişdir.
“ABB” ASC tərəfindən Hava limanı şöbəsi üçün məzənnə tablosunun satın alınmasına dair keçirilmiş kotirovka sorğusu proseduru nəticəsində “Ultra Technologies” MMC qalib seçilmişdir.
Satınalma Komissiyası tərəfindən qaliblə (VÖEN 4600021491) ƏDV daxil olmaqla 14,160.00 (on dörd min yüz altmış) manat məbləğində müqavilə imzalanmasına qərar verilmişdir.
“ABB” ASC tərəfindən böyük məişət texnikasının satın alınmasına dair keçirilmiş kotirovka sorğusu proseduru nəticəsində “ABC-Telecom” MMC qalib seçilmişdir.
Satınalma Komissiyası tərəfindən qaliblə (VÖEN 1401005061) ƏDV daxil olmaqla 30,000.00 (otuz min) manat məbləğində müqavilə imzalanmasına qərar verilmişdir.
“ABB” ASC tərəfindən reklam monitorları və televizorların satın alınmasına dair keçirilmiş açıq tender proseduru nəticəsində “Ultra Technologies” MMC qalib seçilmişdirlər.
Satınalma Komissiyası tərəfindən “Ultra Technologies” MMC ilə (VÖEN 4600021491) ƏDV daxil olmaqla 141,000.00 (bir yüz qırx bir min) manat məbləğində müqavilə imzalanmasına qərar verilmişdir.
“ABB” ASC tərəfindən Bank əməkdaşlarına təlim zamanı təşkil olunan kofe fasiləsi üçün şirniyyatların və un məmulatlarının satın alınmasına dair kotirovka sorğusu zərflərinin açılışı baş tutmuşdur.
Satınalma Komissiyası tərəfindən müsabiqənin tələblərinə cavab verən “Cest Bon Azerbaijan” (VÖEN 1701222421), “Lunchef Catering” MMC (VÖEN 2005077961) və “Food and Mood” MMC (VÖEN 1701697751) qalib elan olunaraq, həmin şirkətlərlə müqavilə bağlanılması qərarı qəbul edilmişdir.