ÜMUMİ MƏLUMAT:
15-31 İyul tarixlərində kafe və restoranlarda toplam minimal 200 AZN ödəniş edərək 10 AZN məbləğində keşbək qazanacaqsınız.
KAMPANİYA KİMLƏRƏ AİDDİR:
Kampaniya SMS və ya Push notification-la kampaniya ilə bağlı məlumat alan şəxslərə aid edilir. SMS/Push mətnində kampaniyaya aid edilən kartın son 4 rəqəmi bildirilir. Digər kartlarla edilən əməliyyatlar kampaniyaya aid edilmir. Kampaniyadan hər müştəri yalnız bir dəfə yararlana bilər.
KAMPANİYAYA QOŞULMA MÜDDƏTİ:
Kampaniya şərtləri 15/07/2022 tarixindən 31/07/2022 tarixinədək keçərlidir.
QOŞULMA:
Qoşulmaq üçün SMS/Push notification-da göstərilən kartınızla qeyd olunan tarixlər arasında kafe və restoranlarda toplam minimal 200 AZN ödənişlər etməlisiniz. Kampaniyaya aşağıdakı əməliyyatlar daxildir:
- Bütün kafe və restoranlarda ödənişlər.
ƏLAVƏ MƏLUMAT:
- Qazanılmış keşbək məbləğləri müştərilərin kart balanslarına kampaniya bitdikdən sonra 15 iş günü ərzində köçürüləcək.
- Göstərilən tarixlər arasında kafe və restoranlarda edilən bütün ödənişlər toplanır və 200 AZN, yaxud daha yüksək olduğu halda 10 AZN müştərinin balansına geri qaytarılır.
- İkinci 200 AZN məbləğində əməliyyat sizə əlavə 10 AZN məbləğində keşbək qazandırmayacaq. Kampaniya üzrə maksimal keşbək məbləği 10 AZN təşkil edir.
- Əgər SMS/Push notification-da qeyd edilən şəxs deyilsinizsə və ya şəxsi məlumatlarınız bank sistemində səhv qeyd edilibsə, bankla əlaqə saxlayaraq məlumatlarınızda düzəliş etdirə bilərsiniz. Bu şəkildə bankda olan yeniliklərdən və sizə özəl kampaniyalardan xəbərdar ola biləcəksiniz.
- Xarici valyutada edilən əməliyyat (lar) üzrə bankın hesablama gününə olan məzənnəsinə əsasən, AZN ekvivalenti nəzərə alınacaq.
- Ləğv edilmiş əməliyyatlar üzrə keşbək hesablanmayacaq.