"ABB" ASC tərəfindən Banka məxsus və icarədə olan daşınmaz əmlakın icbari sığortası və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası xidmətinin satın alınmasına dair keçirilmiş açıq tender proseduru nəticəsində "Atəşgah Sığorta Şirkəti” ASC qalib seçilmişdir.
Satınalma Komissiyası tərəfindən qaliblə (VÖEN: 9900004941) ƏDV daxil olmaqla 200,000.00 (iki yüz min) manat məbləğində müqavilə imzalanmasına qərar verilmişdir.