Geri qayıtmaq

NFC ödənişlərini TamKartla apar, 100 manat keşbek qazan!

30.09.2022

Ödənişləri TamKartla və NFC-ni dəstəkləyən cihazlarla aparmaq indi daha da sərfəlidir. Çünki ABB-nin elan etdiyi yeni silsilə kampaniya müddətində TamKartla (mobil telefonla ödəmələr, GarminPay, ApplePay, GooglePay və s.) ödənişləri toplam 100 manata çatanda müştəri əlavə keşbeklər qazanacaq. Kart sahibləri müxtəlif ticarət və xidmət məkanlarında, o cümlədən kafe və restoranlarda, marketlərdə, yanacaqdoldurma məntəqələrində, onlayn alış-verişlərində bu imkandan istifadə edə bilərlər.

Kampaniya hər dəfə 14 gün olmaqla 8 həftə davam edəcək. Kart sahibləri konkret müddətlərdə bu məkanlar üzrə ödənişlərindən 5% keşbek qazanacaqlar:

  • Marketlərdə: 03.10.22 – 16.10.2022
  • Yanacaqdoldurma məntəqələrində: 17.10.2022 – 30.10.2022 
  • Kafe və restoranlarda: 31.10.2022 – 13.11.2022 
  • Geyim, elektronika dükanlarında və e-ticarətdə: 14.11.22 – 27.11.2022

Hər 2 həftəlik müddətdə eyni müştəri maksimum 25 manat keşbek qazana bilər. Bütün kampaniya müddətində isə bir müştərinin 100 manata qədər keşbek qazanmaq imkanı var. Bundan faydalanmaq istəyən müştəri ABB mobile-da hər kampaniya üçün ayrılıqda “Qoşul” düyməsini seçməlidir. Kampaniya barədə daha ətraflı məlumatları buradan əldə etmək olar.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

ABB Mobile
YÜKLƏ