İstifadə qaydaları

Yeni brend kimliyinin dəstəklənməsi üçün Bankın adından və loqotipindən istifadə zamanı aşağıdakı qaydalara əməl edilməlidir:

  1. ABB brendi Azərbaycan Beynəlxalq Bankının qısaldılmış adıdır. Bu üç söz Bankın yeni loqotipində də əksini tapır. Azərbaycan və xarici dillərdə Banka istinad edilərkən ABB adından istifadə edilməlidir. Beynəlxalq Bank, Azərbaycan Beynəlxalq Bankı, Международный Банк Азербайджана, Межбанк, International Bank of Azerbaijan, IBAR, IBA və s. bu kimi adlardan istifadə yolverilməzdir.
  2. İngilis və rus dillərində istifadə zamanı ad müvafiq olaraq Bank ABB, Банк ABB formalarında yazılmalıdır.
  3. ABB ilə bağlı bütün kontentlərdə yalnız Bankın yeni loqotipindən istifadə olunmalıdır.
  4. Bankın loqotipi www.abb-bank.az/az/brend-merkezi səhifəsindəki Brend mərkəzindən götürülməlidir.
  5. Loqotip yerləşdirilərkən təsvirin tənasübünün pozulmamasına xüsusi diqqət yetirilməli, dartma və sıxılmalar edilməməli, ölçü dəyişikliyi müvafiq miqyas çərçivəsində aparılmalıdır.
  6. Bankla bağlı video məzmunların, vizual reklam materiallarının hazırlanması zamanı Brend mərkəzində yerləşdirilmiş loqotipdən istifadə edilməli, materialların məzmunu, forması Bankın Marketinq departamenti ilə əvvəlcədən razılaşdırılmalıdır.
  7. Audio və ya audiovizual materiallarda səsləndirilərkən Bankın adı ABB [a:be:be] kimi tələffüz edilməlidir.
ABB Mobile
YÜKLƏ