Geri qayıtmaq

Valyuta tənzimlənməsi

Məlumat

Fiziki şəxsin xaricə köçürmələrinə dair şərtlər:

Fiziki şəxsin xaricə köçürmələrinə dair hansı məhdudiyyətlər mövcuddur?

  • Ödənişin məqsədini göstərməklə,hesab açmadan bir gün ərzində 1000 (bir min) ABŞ dolları ekvivalentinədək, ay ərzində isə 10000 (on min) АBŞ dоllаrı еkvivаlentinədək məbləğdə xarici valyutada sərbəst şəkildə xaricə köçürmə edə bilərsiniz.
  • Apardığınız  köçürmənin məbləği 1000 (bir min) ABŞ dolları ekvivalentindən yuxarı olduğu halda, Siz  köçürmənin təyinatı ilə bağlı olan müvafiq təsdiqedici sənədləri təqdim etməlisiniz: xarici banklardan cəlb edilmiş kreditlərin və kredit faizlərinin ödənilməsi, beynəlxalq təşkilatlarda, konfranslarda, sərgilərdə iştirak haqları, xarici ölkələrin dövri nəşrlərinə yazılış haqları, təhsil, müalicə haqlarının ödənilməsi, müəlliflik hüquqlarından istifadə haqlarının, əvvəllər Azərbaycan Respublikasına köçürülmüş xarici valyuta vəsaitləri.

Bu hallarda ödənişin məqsədini və məbləğini təsdiqləyən müqavilələr, arayışlar, invoys və ya digər təsdiqedici sənədlərin, pul vəsaitinin rezidentin hesabına əvvəllər köçürülməsini sübut edən bank hesabından çıxarışın əsli banka təqdim edilir.

Rezident fiziki şəxs hansı şərtlərlə yaxın qohumlarına xaricə pul köçürmələri apara bilər?

  • Siz yaxın qohumlarınıza bir gün ərzində 10000 (on min) ABŞ dolları еkvivаlentinədək, təqvim ayı ərzində bu məbləğı keçməmək şərti ilə pul vəsaiti köçürə bilərsiniz.

Hansı qohumlar yaxın hesab olunur?

  • Ər (arvad), valideynlər, o cümlədən ərin (arvadın) valideynləri, baba (nənə), nəvə, övlad, övladlığa götürülən (götürən), qardaş və bacı

Yaxın qohumlara hansı sənədlər əsasında pul vəsaiti köçürülə bilər?

  • Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi, qanuni nümayəndənin hüquqlarını təsdiq edən sənəd, doğum haqqında şəhadətnamə, nikah haqqında şəhadətnamə.

Fiziki şəxs xaricə köçürmə edərkən hansı hallarda ona bank hesabı açılmalıdır?

  • Köçürülən məbləğ 1000 (bir min) ABŞ dolları və ya onun ekvivalentində olan məbləğdən yuxarı olduğu halda Sizə mütləq cari hesab açılır və köçürmə həmin hesabdan aparılır.
ABB Mobile
YÜKLƏ