Granat təcili pul köçürməsi vasitəsilə ABB və Bank ABB-Moskva arasında təcili pul köçürmələri artıq daha rahatdır.
İmkanlar
- Sərfəli komisyon haqqı;
- Rusiyadan "Granat" mobil tətbiqi vasitəsilə pulköçürmə imkanı;
- Rus rublu, avro və ABŞ dollarında bir neçə dəqiqə ərzində körçürməni göndərmək/almaq imkanı;
- Rusiyadan edilən köçürmələri manatla alınması imkanı;
- ABB-nin kartlarına pul köçürmə imkanı;
- Rusiyadan köçürülən məbləği bank kartı və ya nağd şəkildə əldə etmək imkanı.
Granat ilə pulu necə göndərmək olar?
- Azərbaycan ərazisində ABB-nin filial və ya şöbələrinə yaxınlaşın;
- Rusiya ərazisində Bank ABB-Moskvanın filial/şöbələrinə yaxınlaşın və ya "Granat" mobil tətbiqi vasitəsilə köçürmə edin;
- Şəxsiyyətinizi təsdiq edən sənədi təqdim edin;
- Vəsaiti alacaq şəxsin adını və soyadını əməliyyatçıya bildirin;
- Əməliyyat nəticəsində Sizə veriləcək kodu köçürməni alan şəxsə bildirin.
Granat ilə pulu necə almaq olar?
- ABB-nin filial/şöbələrinə yaxınlaşın və ya karta göndərilən vəsaiti Bankın ATM-lərindən nağdlaşdırın;
- Bank ABB-Moskvanın filial və ya şöbələrinə yaxınlaşın;
- Şəxsiyyətinizi təsdiq edən sənədi və xüsusi kodu əməliyyatçıya təqdim edin;
Granat təcili pul köçürməsi sistemindən Bankın bütün filial və ya şöbələrinə yaxınlaşaraq yararlanmaq mümkündür.