TamKart VISA Premium

Çox funksiyalı taksit kartı

5 illik kart xidmətinin qiyməti
300

İmkanlar

Tariflər

İmkanlar

Ön tərəfi kredit, arxa tərəfi isə debet kartdır.

24 ayadək taksit imkanı. Nağd kredit əldə etmək mümkündür.

QayğıCash klubuna üzvlük.1

Chatbot Concierge xidməti endirimlər, müxtəlif imtiyazlar təklif edir.

İkiqat "ƏDV geri al"3

DragonPass xidməti üzrə 6 pulsuz keçid imkanı. Qeydiyyat üçün daxil ol.4  Heydər Əliyev Beynəlxalq Hava Limanında Premium Lounge zonasından ildə 6 dəfə pulsuz istifadə etmək imkanı

Türkiyə, Kipr Respublikası, İtaliya, İspaniya və digər ölkələrin hava limanlarında Fast Track xidmətindən 6 dəfə yararlanmaq imkanı.

Salam Gold (Fast Line) xidməti üzrə ildə 6 dəfə pulsuz keçid. Heydər Əliyev Beynəlxalq Hava Limanında sürətli keçid xidmətindən limitsiz yararlanmaq imkanı

ABB mobile-da qeydiyyatdan keçirilmiş kartdakı qalığa illik 7% hesablanıb ayın sonunda kart hesabına köçürülür.5

VISA-nın təklif etdiyi bir sıra xidmətlər və sığorta imkanı.

Bakı şəhəri və Abşeron yarımadası daxilində ildə 6 dəfə Bakı Heydər Əliyev Beynəlxalq Hava Limanından (GYD) pulsuz transfer. Visa Concierge chatbot vasitəsilə sifariş verin.6

Avis avtomobil icarəsilə dünyanı kəşf edin və standart qiymətə 35% endirimdən yararlanın. İstanbul hava limanlarından rahat transfer xidmətindən ildə 6 dəfə pulsuz yararlanmaq imkanı

İl ərzində 6 dəfə "Sağlam Ailə" Tibb Mərkəzində yaşınız qədər endirim. Bakı, Gəncə və ya Sumqayıtda yaşayan Visa kart sahibləri üçün ildə 6 dəfə pulsuz Vitamin D analizi. Visa konsyerj vasitəsilə xidmətləri bronlaşdırın.7

CIP (VIP lounge) ilə hava limanında VIP xidmət imkanı

1 Siz həmçinin partnyor mağazalarda etdiyiniz ödənişlər üzrə 20%-dək keşbek əldə edəcəksiniz.

2 a) TamKart Visa Premium ilə ABB mobile-da Faydalı keşbek paketlərindən birini seçərək, paketdaxili kateqoriyalardan yüksək keşbek qazanacaqsınız; b) Faydalı keşbek üçün aylıq limit 300 AZN-dir. Topladığınız Faydalı keşbek-lər anında ABB mobile-da keşbek balansınıza köçürüləcək.

3 Fayda Max-la "Qızıl” mərhələyə çatıb "2X ƏDV geri al" qazanın.

4 DragonPass - dünyanın hər yerində hava limanlarının 850-dən artıq biznes zallarına giriş imkanını yaradan beynəlxalq proqramdır.

5 Qalığa faiz vəsaitin minimum 200 AZN-dən maksimum 2 500 AZN-dək hissəsinə və yalnız AZN valyutalı kartlarda hesablanır.

6Təklif 31.05.2024-cü il tarixinədək keçərlidir.

7Məsələn, 26 yaşınız varsa, sizin endiriminiz ümumi məbləğin 26%-ni təşkil edəcək.

Tariflər

Kredit limiti 300 - 30 000 AZN
Faiz 18%
Müddət 5 il
Nağdlaşdırma limiti 100%
Nağdlaşdırma Kredit üzrə - 1.5% (min. 2 AZN); Debet üzrə - Aylıq 7 000 AZN-dək pulsuz, 7 000 AZN-dən yuxarı 1% (min. 1 AZN)
Güzəşt müddəti 60 günədək
Kredit xətti üzrə limitin müddəti 35 ay
"SMS xəbərdarlıq" xidməti Pulsuz
“3D Secure" xidmətinə qoşulma Pulsuz

Kreditin ödəniş üsulları

ABB mobile vasitəsilə

1. ABB mobile tətbiqinə daxil olun.

2. Ana ekrandan kreditlər bölməsinə keçin, TamKart kredit kartınızın göründüyü bölməni seçin.

3. Açılan pəncərədə “Köçürmə et”  xanasına klikləyin.

4. Açılan pəncərədə “Kartlarım və hesablarım arasında” bölməsinə keçin.

5. Açılan pəncərədəki “Göndərən” xanasından ödənişi edəcəyiniz kartı, “Alan” xanasından isə borcunuz olan TamKartı seçib, məbləğ xanasına ödəyəcəyiniz məbləği yazın və “Köçürmə et” düyməsinə klikləyin.

6. Növbəti pəncərədə ödəyəcəyiniz məbləğ və kreditlə bağlı görünən məlumatların dəqiqliyinə əminsinizsə,“Təsdiq et” düyməsini seçin.

E-manat ödəniş terminalı vasitəsilə

1. Əsas ekranda “Bank xidmətləri” bölməsinə daxil olun.

2. Açılan pəncərədəki banklar siyahısından ABB-ni seçin.

3. “Fiziki şəxslər karta mədaxil” bölməsinə keçin.

4. “Kart nömrəsi ilə”, “Müştəri kodu və FİN kod”, yaxud “Hesab nömrəsi və FİN kod” adlı ödəniş üsullarından Sizə uyğun olanını seçib üzərinə klikləyin.

4.1 Ödəniş üsullarından “Kart nömrəsi ilə” ödəniş üsulunu seçmisinizsə:

4.1.1 Açılan pəncərədə “Kart nömrəsi” yazılan bölməyə 16 rəqəmli kart nömrənizi daxil edib “İrəli” düyməsini klikləyin.

4.1.2 Ödəyəcəyiniz kredit haqqında ekranda görünən məlumatların düzgünlüyünə əminsinizsə, “İrəli” düyməsini seçin.

4.1.3 Ödəyəcəyiniz məbləği daxil edin. Hər məbləğ daxil edildikcə ekranda həmin məbləğ görünəcək. Məbləği daxil etdikdən sonra “Ödə” düyməsinə seçin.

4.2 Ödəniş üsullarından “Müştəri kodu və FİN kod” ödəniş üsulunu seçmisinizsə:

4.2.1 Açılan pəncərədə “Müştəri nömrəsi” yazılan bölməyə 7 rəqəmli müştəri kodunuzu daxil edin, “FİN kod” yazılan xanaya isə şəxsiyyət vəsiqənizin 7  rəqəmli unikal kodunu daxil edin və “İrəli” düyməsini klikləyin.

4.2.2 Kart məlumatlarınız əks olunduqda hansı kartınıza ödəniş həyata keçirmək istəyirsinizsə, həmin kart məlumatını seçib “İrəli” düyməsinə klikləyin.

4.2.3 Seçdiyiniz kartın tam məlumatları əks olunacaq. Məlumatların düzgünlüyünə əminsinizsə, “İrəli” düyməsini seçin.

4.2.4 Ödəyəcəyiniz məbləği daxil edin, hər məbləğ daxil edildikcə ekranda həmin məbləğ görünəcək. Məbləği daxil etdikdən sonra “Ödə” düyməsinə klikləyin.

4.3 Ödəniş üsullarından “Hesab nömrəsi və FİN kod” ödəniş üsulunu seçmisinizsə:

4.3.1 Açılan pəncərədə “Hesab nömrəsi” yazılan xanaya 20 rəqəmli hesab nömrənizi daxil edin, “FİN kod” yazılan xanaya isə şəxsiyyət vəsiqənizin 7  rəqəmli unikal kodunu daxil edin və “İrəli” düyməsini klikləyin.

4.3.2 Kart məlumatlarınız əks olunduqda hansı kartınıza ödəniş həyata keçirmək istəyirsinizsə, həmin kart məlumatını seçib “İrəli” düyməsinə klikləyin.

4.3.3 Seçdiyiniz kartın tam məlumatları əks edildikdə məlumatların düzgünlüyünə əminsinizsə, “İrəli” düyməsini seçin.

4.3.4 Ödəyəcəyiniz məbləği daxil edin. Hər məbləğ daxil edildikcə ekranda həmin məbləğ görünəcək. Məbləği daxil etdikdən sonra “Ödə” düyməsinə klikləyin.

MilliÖn ödəniş terminalı vasitəsilə

1. Əsas ekranda “Bank xidmətləri” bölməsinə daxil olun.

2. Açılan pəncərədəki banklar siyahısından ABB-ni seçin.

3. Açılan pəncərədə "Fiziki şəxslər" xanasını seçdikdə:

3.1 “CİF kod” bölməsinə rəqəmli müştəri nömrənizi, “Doğum tarixi” bölməsinə doğum tarixinizi (gün, ay, il olmaqla) daxil edin və “İrəli” düyməsini seçin.

3.2 Məlumatlarınızın  düzgünlüyünə əmin olduqdan sonra “Bəli” düyməsinə klikləyin.

3.3 “Karta mədaxil” bölməsinə keçib “İrəli” düyməsini seçin.

3.4 Kart məlumatlarınız əks olunduqda hansı kartınıza ödəniş həyata keçirmək istəyirsinizsə, həmin kart məlumatını seçib “İrəli” düyməsinə klikləyin.

3.5 Ödəyəcəyiniz məbləği daxil edin. Hər məbləğ daxil edildikcə ekranda həmin məbləğ görünəcək. Məbləği daxil etdikdən sonra “İrəli” düyməsini seçin.

4. Açılan pəncərədə "Kart nömrəsi ilə ödəniş" xanasını seçdikdə:

4.1 “Kart nömrəsi” yazılan xanaya 16 rəqəmli kart nömrənizi daxil edin və  “İrəli” düyməsini klikləyin.

4.2 Kart nömrənizin düzgünlüyünə əmin olduqdan sonra “Bəli” düyməsini seçin.

4.3 Kart məlumatlarınız əks olunduqda həmin məlumatların düzgünlüyünə əminsinizsə, “İrəli” düyməsini seçin.

4.4 Ödəyəcəyiniz məbləği daxil edin. Hər məbləğ daxil edildikcə ekranda həmin məbləğ görünəcək. Məbləği daxil etdikdən sonra “İrəli” düyməsinə klikləyin.

 

ABB Mobile
YÜKLƏ