TamKart VISA Classic

Ön tərəfi debet, arxa tərəfi isə kredit kartıdır.

5 illik kart xidmətinin qiyməti
Pulsuz

İmkanlar

Tariflər

İmkanlar

Ön tərəfi kredit, arxa tərəfi isə debet kartıdır.

24 ayadək taksit imkanı.

İkiqat "ƏDV geri al"2

Ölkədaxili bütün ATM-lərdə nağdlaşdırma və bütün kartlara köçürmə pulsuz (debet üzü)3

Nağd kredit əldə etmək imkanı.

ABB mobile-da qeydiyyatdan keçirilmiş kartın debet hissəsindəki qalığa illik 7% hesablanıb ayın sonunda kart hesabına köçürülür.4

QayğıCash klubuna üzvlük5

1 a) TamKart Visa Classic ilə ABB mobile-da Faydalı keşbek paketlərindən birini seçərək, paketdaxili kateqoriyalardan yüksək keşbek qazanacaqsınız; b) Faydalı keşbek üçün aylıq limit 300 AZN-dir. Topladığınız Faydalı keşbek-lər anında ABB mobile-da keşbek balansınıza köçürüləcək.

2 Fayda Max-la "Qızıl” mərhələyə çatıb "2X ƏDV geri al" qazanın.

3 Nağdlaşdırma və bütün kartlara köçürmə limiti birlikdə aylıq 7 000 AZN-dək pulsuzdur, 7 000 AZN-dən yuxarı isə 1% (min. 1 AZN və ya ekv.) komissiya tutulur.

4Qalığa faiz vəsaitin minimum 200 AZN-dən maksimum 2 500 AZN-dək hissəsinə və yalnız AZN valyutalı kartlarda hesablanır. 

5Siz həmçinin partnyor mağazalarda etdiyiniz ödənişlər üzrə 20%-dək keşbek əldə edəcəksiniz.

Tariflər

Kredit limiti 300 - 30 000 AZN
Faiz 24%
Müddət 5 il
Nağdlaşdırma limiti 100%
Nağdlaşdırma Kredit üzrə - 1.5% ( min. 2 AZN); Debet üzrə - Aylıq 7 000 AZN-dək pulsuz, 7 000 AZN-dən yuxarı 1% (min. 1 AZN)
Güzəşt müddəti 60 günədək
Kredit xətti üzrə limitin müddəti 35 ay
"SMS xəbərdarlıq" xidməti 1 AZN (aylıq)
“3D Secure" xidmətinə qoşulma Pulsuz

Kreditin ödəniş üsulları

ABB mobile vasitəsilə

1. ABB mobile tətbiqinə daxil olun.

2. Ana ekrandan kreditlər bölməsinə keçin, TamKart kredit kartınızın göründüyü bölməni seçin.

3. Açılan pəncərədə “Köçürmə et”  xanasına klikləyin.

4. Açılan pəncərədə “Kartlarım və hesablarım arasında” bölməsinə keçin.

5. Açılan pəncərədəki “Göndərən” xanasından ödənişi edəcəyiniz kartı, “Alan” xanasından isə borcunuz olan TamKartı seçib, məbləğ xanasına ödəyəcəyiniz məbləği yazın və “Köçürmə et” düyməsinə klikləyin.

6. Növbəti pəncərədə ödəyəcəyiniz məbləğ və kreditlə bağlı görünən məlumatların dəqiqliyinə əminsinizsə,“Təsdiq et” düyməsini seçin.

E-manat ödəniş terminalı vasitəsilə

1. Əsas ekranda “Bank xidmətləri” bölməsinə daxil olun.

2. Açılan pəncərədəki banklar siyahısından ABB-ni seçin.

3. “Fiziki şəxslər karta mədaxil” bölməsinə keçin.

4. “Kart nömrəsi ilə”, “Müştəri kodu və FİN kod”, yaxud “Hesab nömrəsi və FİN kod” adlı ödəniş üsullarından Sizə uyğun olanını seçib üzərinə klikləyin.

4.1 Ödəniş üsullarından “Kart nömrəsi ilə” ödəniş üsulunu seçmisinizsə:

4.1.1 Açılan pəncərədə “Kart nömrəsi” yazılan bölməyə 16 rəqəmli kart nömrənizi daxil edib “İrəli” düyməsini klikləyin.

4.1.2 Ödəyəcəyiniz kredit haqqında ekranda görünən məlumatların düzgünlüyünə əminsinizsə, “İrəli” düyməsini seçin.

4.1.3 Ödəyəcəyiniz məbləği daxil edin. Hər məbləğ daxil edildikcə ekranda həmin məbləğ görünəcək. Məbləği daxil etdikdən sonra “Ödə” düyməsinə seçin.

4.2 Ödəniş üsullarından “Müştəri kodu və FİN kod” ödəniş üsulunu seçmisinizsə:

4.2.1 Açılan pəncərədə “Müştəri nömrəsi” yazılan bölməyə 7 rəqəmli müştəri kodunuzu daxil edin, “FİN kod” yazılan xanaya isə şəxsiyyət vəsiqənizin 7  rəqəmli unikal kodunu daxil edin və “İrəli” düyməsini klikləyin.

4.2.2 Kart məlumatlarınız əks olunduqda hansı kartınıza ödəniş həyata keçirmək istəyirsinizsə, həmin kart məlumatını seçib “İrəli” düyməsinə klikləyin.

4.2.3 Seçdiyiniz kartın tam məlumatları əks olunacaq. Məlumatların düzgünlüyünə əminsinizsə, “İrəli” düyməsini seçin.

4.2.4 Ödəyəcəyiniz məbləği daxil edin, hər məbləğ daxil edildikcə ekranda həmin məbləğ görünəcək. Məbləği daxil etdikdən sonra “Ödə” düyməsinə klikləyin.

4.3 Ödəniş üsullarından “Hesab nömrəsi və FİN kod” ödəniş üsulunu seçmisinizsə:

4.3.1 Açılan pəncərədə “Hesab nömrəsi” yazılan xanaya 20 rəqəmli hesab nömrənizi daxil edin, “FİN kod” yazılan xanaya isə şəxsiyyət vəsiqənizin 7  rəqəmli unikal kodunu daxil edin və “İrəli” düyməsini klikləyin.

4.3.2 Kart məlumatlarınız əks olunduqda hansı kartınıza ödəniş həyata keçirmək istəyirsinizsə, həmin kart məlumatını seçib “İrəli” düyməsinə klikləyin.

4.3.3 Seçdiyiniz kartın tam məlumatları əks edildikdə məlumatların düzgünlüyünə əminsinizsə, “İrəli” düyməsini seçin.

4.3.4 Ödəyəcəyiniz məbləği daxil edin. Hər məbləğ daxil edildikcə ekranda həmin məbləğ görünəcək. Məbləği daxil etdikdən sonra “Ödə” düyməsinə klikləyin.

MilliÖn ödəniş terminalı vasitəsilə

1. Əsas ekranda “Bank xidmətləri” bölməsinə daxil olun.

2. Açılan pəncərədəki banklar siyahısından ABB-ni seçin.

3. Açılan pəncərədə "Fiziki şəxslər" xanasını seçdikdə:

3.1 “CİF kod” bölməsinə rəqəmli müştəri nömrənizi, “Doğum tarixi” bölməsinə doğum tarixinizi (gün, ay, il olmaqla) daxil edin və “İrəli” düyməsini seçin.

3.2 Məlumatlarınızın  düzgünlüyünə əmin olduqdan sonra “Bəli” düyməsinə klikləyin.

3.3 “Karta mədaxil” bölməsinə keçib “İrəli” düyməsini seçin.

3.4 Kart məlumatlarınız əks olunduqda hansı kartınıza ödəniş həyata keçirmək istəyirsinizsə, həmin kart məlumatını seçib “İrəli” düyməsinə klikləyin.

3.5 Ödəyəcəyiniz məbləği daxil edin. Hər məbləğ daxil edildikcə ekranda həmin məbləğ görünəcək. Məbləği daxil etdikdən sonra “İrəli” düyməsini seçin.

4. Açılan pəncərədə "Kart nömrəsi ilə ödəniş" xanasını seçdikdə:

4.1 “Kart nömrəsi” yazılan xanaya 16 rəqəmli kart nömrənizi daxil edin və  “İrəli” düyməsini klikləyin.

4.2 Kart nömrənizin düzgünlüyünə əmin olduqdan sonra “Bəli” düyməsini seçin.

4.3 Kart məlumatlarınız əks olunduqda həmin məlumatların düzgünlüyünə əminsinizsə, “İrəli” düyməsini seçin.

4.4 Ödəyəcəyiniz məbləği daxil edin. Hər məbləğ daxil edildikcə ekranda həmin məbləğ görünəcək. Məbləği daxil etdikdən sonra “İrəli” düyməsinə klikləyin.

 

ABB Mobile
YÜKLƏ