Adsız kartınızı ABB mobile-da rəsmiləşdirmək üçün aşağıdakı addımları izləyin:
- ABB mobile tətbiqini yükləyib qeydiyyatdan keçin.
- Tətbiqdə “+” işarəsinə klikləyərək “ABB kartını əlavə et” seçin.
- Kart məlumatlarınızı daxil edin.
- FATCA ,CRS suallarına cavabınızı təsdiqləyin.
- Sənədləri SİMA rəqəmsal imzası ilə imzalayın.
- Kartınız uğurla əlavə olunduqdan sonra tətbiqin əsas ekranında əks olunacaq.
- 4 rəqəmli pin təyin edin.
- PİN-i aktivləşdirmək üçün kartınızı bankomata daxil etməyiniz və ya POS terminalla PİN-li əməliyyat etməyiniz tələb olunur.
Qeyd: Bir müştəri yalnız bir adsız kart əldə edə bilər.