Proqram haqqında
Aprel ayı ərzində ABB-yə məxsus əməkhaqqı və pensiya kartları ilə nağdsız alış-veriş zamanı POS terminal və elektron ticarət vasitəsilə aparılmış “retail” tipli nağdsız əməliyyatlara 2% cashback verilir.
Cashback-in 1%-i müştərinin kart hesabına, digər 1%-i isə müştərilərin keşbekləri üzrə toplanaraq ümumi şəkildə Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülür.
Fonda köçürmə zamanı bu ianələrin ABB-nin pensiya və əməkhaqqı kartı müştərilərinin cashback-ləri hesabına formalaşdığı göstərilir.
İstisnalar:
Proqram kredit/ipoteka ödənişi, kommunal xidmət ödənişləri, büdcə ödənişləri, maliyyə institutlarına ödənişlər, sığorta ödənişləri, elektron pul kisəsi, mobil rabitə ödənişləri, nağd əməliyyatlar, Card to card, Cash by Code və mərc oyunları üzrə əməliyyatlara aid deyil.
Qeyd: kampaniya müddəti 30 aprel 14:00-da başa çatacaq.