NFC ilə əməliyyatlar

NFC (Near Field Communication) sistemi bank kartları, o cümlədən Google və Apple Pay quraşdırılmış cihazlarla təmassız ATM əməliyyatlarının aparılmasına imkan verən funksiyadır.

Rahat

Artıq bank kartlarını üzərinizdə gəzdirməyə ehtiyac yoxdur. Sadəcə mobil telefonunuzu yaxınlaşdırın və ödəyin.

Təhlükəsiz

Visa və Mastercard-ın təqdim etdiyi tokenlaşdırma texnologiyası ilə ödənişləriniz bütün mərhələlərdə tam qorunur.

Təmassız

Təmassız ödəniş imkanından faydalanraq sağlamlığınızın qayğısına qalın, özünüzü kənar risklərdən qoruyun.

ABB mobile

ABB mobile tətbiqində əlavə etmək istədiyiniz kartın üzərinə toxunun, "NFC ödənişini aktivləşdir" düyməsini sıxın. Barmaq izinizlə identifikasiya edildikdən sonra NFC ödənişiniz aktivləşəcəkdir.

ABB mobile yüklə

Kartlar

ABB kartlarını sifariş edərək Siz NFC ödənişini dəstəkləyən cihazlarınızdan təmmasız ödənişlər həyata keçirə bilərsiniz.

Kart sifariş et

Təmassız ödənişləri dəstəkləyən ATM-lər

ABB-nin təmassız ATM-lərindən bank kartınızı, o cümlədən Google və ya Apple Pay quraşdırılmış cihazınızı (smartfon, ağıllı saat, ödəniş üzükləri) yaxınlaşdıraraq vaxt itirmədən, bir neçə addımda kart balansınızı artırın və ya pul məxaric edin.

Sizə yaxın ATM

Garmin Pay

Telefonunuzdakı Garmin tətbiqində Garmin Pay bölməsinə daxil olaraq ABB-yə məxsus Visa kartlarınızı qeydiyyatdan keçirib ödənişlərinizi ani və təmassız şəkildə həyata keçirə bilərsiniz.

Kart sifariş et

Google Pay & Apple Pay

Google və Apple şirkətlərii tərəfindən yaradılan Google Pay və Apple Pay elektron ödəniş sistemləri müvafiq olaraq Android və iOS əməliyyat sistemləri ilə çalışan smart cihazlarda tətbiq olunur.

Daha ətraflı

Tez-tez verilən suallar

NFC nədir?

NFC (Near Field Communication) təmassız əməliyyatların aparılmasına imkan verən funksiyadır.

    VTS nədir?

    VTS (Visa Token Service) Android sistemini dəstəkləyən cihazlarda VISA kartları ilə NFC texnologiyası üzərindən təmassız əməliyyatların aparılmasına imkan verən xidmətdir.

      MDES nədir?

      MasterCard Digital Enablement Service (MDES) Android sistemini dəstəkləyən cihazlarda MasterCard kartları ilə NFC texnologiyası üzərindən təmassız əməliyyatların aparılmasına imkan verən xidmətdir.

        Təmassız ödəniş hansı qaydada aparılır?

        Ticarət-xidmət müəssisəsində alış-veriş zamanı mobil telefon kilid ekranı rejimindən çıxarılmalı və POS terminalın ekranına toxundurulmalıdır. Bu zaman əməliyyat məbləği 100 manata qədər olarsa, əlavə təhlükəsizlik kodunun daxil edilməsinə ehtiyac yoxdur. 100 manat və ondan yuxarı məbləğdə olan ödənişlərdə isə mobil əlavədə təhlükəsizlik kodu və ya biometrik təsdiqlənmə tələb olunur.

          ABB mobile ilə təmassız ödəniş hansı formada aktivləşdirilir?

          Android və iOS sistemli cihazlarda ABB mobile tətbiqinə daxil olaraq NFC ödəniş üsulunu aktivləşdirmək istədiyiniz kartın üzərinə toxunun və "NFC ödənişini aktivləşdir" düyməsini seçin. Barmaq izinizlə identifikasiya edildikdən sonra NFC ödənişiniz aktivləşəcəkdir.

            Garmin saatlarında təmassız ödəniş üsulunu necə aktivləşdirilir?

            Android cihazınızdakı Garmin mobil tətbiqinə daxil olaraq NFC ödəniş üsulunu aktivləşdirmək istədiyiniz kartı “Garmin Pay” bölməsinə əlavə etməklə Siz təmassız ödənişlər həyata keçirə bilərsiniz.

              ABB Mobile
              YÜKLƏ