Üstünlüklər
Bu xidmət Sizə kartınızdan istər ABB-də, istərsə də Azericard şəbəkəsinə aid olan banklarda, istərsə də ölkənin digər banklarında açılmış karta vəsait göndərmək imkanını verir.
Köçürmə online şəkildə aparılır, vəsait dərhal alan şəxsin kartına köçürülür. Beləliklə, Banka gəlmədən Siz 24/7 rejimində öz və ya yaxınlarınızın kartlarına pul vəsaiti göndərə bilərsiniz.
Köçürməni necə aparmaq olar?
Köçürməni aparmaq üçün aşağıdakı kanallardan istifadə edə bilərsiniz:
ABB-yə və ya Azericard şəbəkəsinə aid olan banklara:
- ATM
- Ödəniş terminalı
- MobilBank
- InternetBank
Digər yerli banklara:
- ATM
- Ödəniş terminalı
Köçürməni aparmaq bu qədər asandır:
- Menuda KartTransfer xidmətini seçin
- Alan şəxsin kart nömrəsini və məbləği daxil edin
- Əməliyyatı təsdiqləyin
Tariflər
Xidmət haqları:
- Köçürmənin aparılmasına görə komisyon haqqı köçürməni göndərən kartın sahibindən tutulur.
- Köçürmə göndərilən kartın valyutası köçürməni alan kartın valyutasından fərqli olduğu halda, köçürməni alan kart sahibindən konvertasiya üzrə komisyon haqqı tutulur.
- Əlavə olaraq, köçürməni alan şəxs pensiya, təqaüd, əmanət üzrə faizlər və ya əmək haqqı almaq üçün verilmiş kartın sahibi olduğu halda, həmin şəxsdən nağd vəsaitin alınmasına görə əlavə komisyon haqqı tutulur.
Müxtəlif valyutalarda olan kartlar arasında köçürmələr:
- Yalnız xarici valyutada (USD, EUR, GBP) olan kartlardan digər valyutada (AZN, USD, EUR, GBP) olan kartlara köçürmə aparmaq mümkündür.
*Əməkhaqqı kartları üçün güzəştli müddətə verilən kredit limitinin hesabına köçürmələrə görə komisyon haqqı - 1.65% (minimum 0.6 AZN/USD/EUR/GBP).