Geri qayıtmaq

3D Secure

3D Secure haqqında

3D Secure texnologiyalarının tətbiqi, online alış-veriş səhifələrində dələduzluq əməliyyatlarının keçirilmə risklərini minimuma endirir.

3D Secure texnologiyasına qoşulduqdan sonra, Siz online alış-veriş zamanı kartın üzərində olan məlumatlardan (nömrəsi, istifadə müddəti və CVV) başqa, özünüzə məxsus 3DSecure parolunu da daxil etməli olacaqsınız. Beləliklə, kartınızın məlumatlarını hər hansı kənar şəxs istifadə etmək istəsə, 3D Secure parolu bilməsə, əməliyyat keçməyəcək.

3D Secure protokolu internetdə əməliyyat aparan müştərilərin vəsaitlərini qorumaq və bankların və şirkətlərin itkilərini azaltmaq məqsədi ilə VISA International və MasterCard WorldWide beynəlxalq ödəmə sistemləri tərəfindən hazırlanmışdır.

VISA International şirkəti tərəfindən hazırlanan 3D-Secure protokolu Verified by Visa, MasterCard International şirkəti tərəfindən  hazırlanan protokol isə MasterCard SecureCode adlanır. Onlayn alış-veriş saytı həmin protokollara qoşulmuşdursa, müvafiq loqotiplər ödəniş zamanı saytda göstəriləcək.

 

3D Secure necə işləyir?

  • Alış-veriş zamanı Siz onlayn mağazanın internet səhifəsində kartınızın məlumatlarını daxil edirsiniz.
  • Bank vasitəsilə bu məlumatlar əsasında sorğu formalaşır və VISA və ya MasterCard beynəlxalq ödəmə sistemlərinə göndərilir.
  • Beynəlxalq ödəmə sistemi kartınızın 3D Secure texnologiyasına qoşulub-qoşulmamasını yoxlayır.

Kartınız 3D Secure texnologiyalarınа qoşulmuşdur və vebsəhifə 3D Secure texnologiyasını dəstəkləyir:

  • Alış-veriş səhifəsində xüsusi pəncərə açılır.
  • Həmin pəncərədə Siz öz 3D Secure parolunuzu və ya SMS birdəfəlik parolunuzu və ya bankomatdan çap olunan birdəfəlik parolunuzu daxil edirsiniz.
  • Parol düzgün olduğu halda, əməliyyat davam etdirilir: hesabdakı qalıq yoxlanılır və əməliyyatın məbləği tutulur.
  • Parol duzgün olmadığı halda, əməliyyat keçmir.

Kartınız 3D Secure texnologiyasına qoşulmamışdır, lakin vebsəhifə 3D Secure texnologiyasını dəstəkləyir: 

  • Əməliyyatınızın məbləği maksimum 100 ABŞ dolları ola bilər.

Kartınız 3D Secure texnologiyasına qoşulmuşdur, lakin vebsəhifə 3D Secure texnologiyasını dəstəkləmir: 

  • Əməliyyatınız adi qaydada, 3D Secure parolu daxil edilmədən keçəcək

 

3D Secure qoşulma

3D Secure xidmətinə aşağıdakı vasitələrdən hər hansı birindən istifadə etməklə qoşulmaq olar:

  • SMS-Xəbərdarlıq xidmətinə qoşulmaqla;
  • ATM-dən “3D Secure” birdəfəlik parollar siyahısını çap etməklə (bu halda əməliyyat zamanı qəbzdəki birdəfəlik parollardan istifadə ediləcək).

-“3D Secure SMS qeydiyyat” xidmətindən faydalanmaqla. Kartların bu xidmətə qoşulması ABB-nin bankomatları, filial və şöbələr vasitəsilə həyata keçirilir.

1. ATM vasitəsilə qoşulmaq üçün bankomatın “XİDMƏTLƏR” menyusunda “3D Secure SMS qeydiyyat” xidməti seçilir və müştəri öz mobil nömrəsini bura 2 dəfə daxil edir.

2. Filial və şöbələr vasitəsilə qoşulmaq üçün müştəri bank ofisinə birbaşa müraciət edir.

Xidmətə qoşulma və ondan istifadə pulsuzdur.

ABB Mobile
YÜKLƏ