Geri qayıtmaq

ABB Business Internet Bank

Qoşulma

İndi bankımızın xidmətləri Sizə daha rahat və yaxın oldu. Bankımızda kart və ya cari hesab açmağınız kifayətdir.

Daha sonra bizim www.abb-bank.az saytına daxil olub, İnternet Bankçılıq əlavəsini seçərək, qeydiyyatdan keçə bilərsiniz.

  • İlk mərhələdə sistemin dilini seçin.
  • Daha sonra “Qeydiyyatdan keçin” düyməsini sıxın.
  • “Bank xidmətlərinə dair Qayda və Şərtlər” linkinə daxil olaraq tanış olun.
  • Tanış olduqdan sonra “Razıyam” düyməsini sıxın.
  • Birinci sətirə vəsiqənizin FİN nömrəsini daxil edin. Vəsiqənin FİN nömrəsi ilə bağlı nümunəyə baxmaq üçün köməkçi pəncərədən istifadə edə bilərsiniz.
  • Bankda hesab açan zaman təqdim etdiyiniz telefon nömrənizi daxil edin və “Təsdiq etmək” düyməsini sıxın.
  • Mobil nömrənizə gələn kodu daxil edin və “Təsdiq etmək” düyməsinə sıxın.
  • Açılmış pəncərədə yeni İstifadəçi adı və şifrə yaradın.
  • Şifrənizi təkrar daxil edin.
  • Açılmış siyahıdan Məxfi sualınızı seçin.
  • Sualı cavablandırın və təsdiq etmək üçün “Qeydiyyatdan keçin” düyməsini sıxın.
  • Təbrik edirik! Qeydiyyatdan uğurla keçdiniz!
  • Hazırdır! Daxil ol düyməsinə sıxaraq İnternet Bankçılıq xidmətlərindən yararlana bilərsiniz.

Şifrənin bərpa edilməsi

İnternetBank sistemində unudulmuş parolun bərpası 2 üsulla aparıla bilər:

1. Əlavənin ilk səhifəsində istifadəçi adı və şifrənin bərpası funkisyasından istifadə edərək:

  • Bu zaman Siz şəxsiyyət vəsiqənizin FİN kodunu və telefona daxil olan SMS-i, daha sonra qeydiyyat zamanı Məxfi suala cavabı daxil edirsiniz.
  • Yeni şifrə tərəfinizdən daxil edilir və təsdiqlənir.

2. Məlumat Mərkəzinə zəng etməklə.

İmkanlar

Hesablar haqqında məlumat:

Cari hesablar:

  • Hesablarınız haqqında ümumi məlumat əldə edə bilərsiniz: hesabın növü, hesab açılan filian kodu, hesab üzrə qalıq;
  • Hesaba müştəri tərəfindən ad təyin edilməsi. 

Ödəniş kartları üzrə:

  • Kart hesabı haqda məlumatın açıqlanması – kartın növü, balansın öyrənilməsi, SMS-xəbərdalıq xidmətinə qoşulu olub-olmaması haqda məlumat, kartın statusu;
  • Əməliyyatlarınıza nəzarət və ya hesabdan çıxarış əldə edə bilərsiniz;
  • SMS-xəbərdarlıq xidmətinə qoşula və ya ləğv edə bilərsiniz, SMS-xəbərdalıq dilini dəyişdirə bilərsiniz;
  • Kartın müvəqqəti bloklaşdıra və blokdan çıxara bilərsiniz;
  • Kartınızı daimi bloklaşdıra bilərsiniz;
  • Köçürmələr apara və ya xidmət haqlarını ödəyə bilərsiniz.

Köçürmələr:

  • Bu bölmədə Siz ödəniş kartınız vasitəsilə cari hesablarınıza və ya digər karta köçürmə edə biləsiniz.

Xidmət haqlarının ödənişi:

  • Kommunal xidmətlər - qaz, su, elektrik enerjisi haqlarının ödənişi;
  • İnternet: müxtəlif internet operatorlarının xidmət haqlarının ödənişi;
  • Mobil rabitə: müxtəlif mobil rabitə operatorlarının xidmət haqlarının ödənişi;
  • TV: müxtəlif TV şirkətlərinin xidmət haqlarının ödənişi.

Tariflər

İnternetBank sisteminə qoşulma və istifadə PULSUZDUR.

Qaydalar

İnternet Bankçılıq üzrə Qaydalar

Bu Qaydalar fiziki şəxslər tərəfindən diqqətlə oxunmalı, İnternet Bankçılıqdan istifadə edilməsi üçün onlar tərəfindən qəbul olunmalıdır.

1. İnternet Bankçılıqdan istifadə üçün Qaydalarda (bundan sonra “Qaydalar”) istifadə edilən terminlər aşağıdakı mənanı daşıyır:

Bank – "ABB" Açıq Səhmdar Cəmiyyəti;

Rəqəmsal bankçılıq – rəqəmsal texnologiyalardan və cihazlardan istifadə etməklə Bankın məhsul və xidmətlərini Müştərilərə məsafəli təklif edilməsi. Rəqəmsal Bankçılıq dedikdə həm mobil, həm də İnternet Bankçılıq nəzərdə tutulur;

Mobil Bankçılıq – mobil telefon vasitəsilə bank hesablarının idarə edilməsi üçün xidmət növü və ya Müştəriyə Banka gəlmədən müəyyən əməliyyatları (məsafəli) həyata keçirmək imkanı verən mobil Əlavə. Mobil bankçılıq yalnız mobil (bütün mobil operatorlarının abonentləri/müştəriləri tərəfindən istifadə oluna bilər) cihazlarda istifadə oluna bilər.

İnternet Bankçılıq – kompüter vasitəsilə bank hesablarının idarə ediməsi üçün xidmət növü və ya Müştəriyə Banka gəlmədən müəyyən əməliyyatları (məsafəli) həyata keçirmək imkanı verən proqram təminatı. İnternet Bankçılıq istifadəçiləri şəxsi kompüter (və ya noutbuk və s.) vasitəsilə Rəqəmsal Bankçılıq çərçivəsində müxtəlif növ əməliyyatlar apara bilərlər.

İstifadəçi – Mobil və ya İnternet Bankçılıqda qeydiyyatdan keçmiş və Qaydaları qəbul etmiş Bank müştərisi;

Şifrə - Yalnız müştəriyə məlum olan və müştəri üçün proqram təminatına və ya mobil əlavəyə girişi təmin edən şifrə. Sənədlər parolla təsdiq olunarkən, bu sənədlər kağız daşıyıcıda olan istifadəçinin şəxsi imzası ilə təsdiq olunmuş sənədlərlə eyni hüquqi qüvvəyə malikdir. Onlar arasında ziddiyyət olduqda kağızda olan məlumatlar əsas götürülür;

SIM-kart - (Subscriber Identification Module) – mobil rabitə şəbəkəsində tətbiq olunan müştərinin identifikasiya modulu;

Hesablar – Fiziki şəxslər üçün açılan Bank hesablarıdır. Hesablar dedikdə, cari və ya əmanət hesabları nəzərdə tutulur;

Cari hesab - Fiziki şəxslər üçün onların hesabına daxil olan pul vəsaitini qəbul etmək, hesabdan pul vəsaitlərini köçürmək, habelə hesab üzrə digər əməliyyatların aparılmasına dair sərəncamların yerinə yetirilməsi üçün açılan hesabdır;

Əmanət hesabı - bank əmanəti (depozit) müqaviləsinə əsasən müştərilərin pul vəsaitlərinin əmanətlərə cəlb edilməsi, əmanətlərinin uçotu və müvafiq əməliyyatların aparılması üçün açılan hesabdır;

Ödəniş kartı - nağdsız ödənişlərin aparılması və nağd pul vəsaitinin əldə edilməsi üçün istifadə edilən ödəniş alətidir;

Tariflər – Bank tərəfindən birtərəfli qaydada müəyyən edilmiş və İstifadəçi tərəfindən ona göstərilmiş xidmətlər müqabilində ödənilməli olan haqqdır;

Şəxsiyyət vəsiqəsini təsdiq edən sənəd – Azərbaycan Respublikası Mərkəzi Bankının “Banklarda hesabların açılması, aparılması və bağlanması Qaydaları”nın 3-cü bəndinin “Qeyd” hissəsində qeyd olunan sənədlər.

2. İnternet Bankçılıq vasitəsilə əməliyyatların aparılması:

Ödəniş karları

  • Yeni kartın sifarişi
  • Kartın ləğvi
  • Kart hesabından çıxarış
  • Kartın balansı haqqında məlumat
  • Kartdan karta pul köçürmə
  • Kartdan cari hesaba pul köçürmə
  • SMS-xəbərdarlıq xidmətinə qoşulma/ləğv
  • Kartın bloklaşdırılması
  • Kartın müvəqqəti bloklaşdırılması/açılması
  • Kartdan istifadə üzrə limitlərin təyin edilməsi
  • “Cash by Code” xidməti
  • Cari hesabdan kart hesabına köçürmə
  • Kartdan cari bank hesabınıza köçürmə
  • Kartdan digər şəxsin bankda mövcud cari hesabına köçürmə
  • Kartdan digər şəxsin digər bankdakı cari hesabına köçürmə
  • Online ödənişlər

Cari hesablar

  • Balans haqqında məlumat
  • Hesabdan çıxarış
  • Öz hesablarınız arasında pul köçürmə

Əmanətlər

  • Əmanətin rəsmiləşdirilməsi
  • Əmanətin artırılması

Kreditlər

  • Kreditlər, kredit borcu, ödəniş qrafiki və tarixçəsi
  • Kredit sifarişi
  • Kredit ödənişi

Digər xidmətlər

  • Valyuta məzənnələri
  • Xidmət şəbəkəsi (filial, şöbə, bankomat)
  • Cari kampaniya və yeniliklər

3. İstifadəçinin öhdəlikləri və məsuliyyəti:

a. Mobil telefonun, SİM-kartın və ya mobil cihazın itirilməsi, oğurlanması və digər vasitələrlə onun sahibliyindən çıxması, üçüncü şəxslər tərəfindən qanunsuz istifadə edilməsinin qarşısının alınması üçün bütün mümkün tədbirləri görmək.

b. İstifadəçi buraxılış məlumatını (parol) itirdiyi, parol oğurlandığı və ya unudulduğu halda, Bankın İnternet Bankçılıq saytına və ya xidmət göstərən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edir. Müraciət olunduqdan sonra məlumatlar yoxlanılır və köhnə məlumatlar silinərək yenisi ilə əvəz olunur.

c. İstifadəçi buraxılış məlumatını (şifrə) və ya kod sözünü itirdiyi, kod oğurlandığı, unudulduğu halda və istifadəçi tərəfindən yenilənməsi mümkün olmadığı halda, xidmət göstərən filialına şəxsiyyət vəsiqəsi ilə dərhal müraciət edir. Müraciət olunduqdan sonra məlumatlar yoxlanılır və məlumatların verilməsi üzrə sorğu verilərək yenilənir;

d. İstifadəçi İnternet şəbəkəsinə qoşulmasına görə Mobil Bank əlavəsinin, mobil cihazın və ya İnternet Bankçılıq proqramının müvafiq qaydada işləməsinə görə məsuliyyət daşıyır;

e. İstifadəçi tərəfindən proqram təminatının düzgün quraşdırılmamasından əmələ gələn problemlərə görə məsuliyyəti İstifadəçi daşıyır;

f. Bank İstifadəçi tərəfindən məlumatların ötürülməsi zamanı baş verə biləcək mənfi hallara görə heç bir məsuliyyət daşımır və İstifadəçi ilə onun İnternet-provayderi arasında olan mübahisələrdə iştirak etmir;

g. İstifadəçi Rəqəmsal Bankçılıq sistemi vasitəsilə hayata keçirilən elektron əməliyyatların mövcud qanunvericiliyə uyğun tərtib edilməsinə, onların buraxılış məlumatlarını istifadə etməklə təsdiq edilməsinə, habelə İstifadəçi tərəfindən Rəqəmsal Bankçılıq sisteminə daxil edilən məlumatların dürüstlüyünə və tamlığına görə məsuliyyət daşıyır, bununla bağlı yarana biləcək bütün risklərə və İstifadəçiyə dəymiş zərərə görə məsuliyyəti tam olaraq İstifadəçi daşıyır;

h. Mobil telefon SİM-kartın və/və ya mobil cihazın və ya İnternet bankçılığa giriş şifrəsinin itirilməsi, o cümlədən oğurlanması, üçüncü şəxslər tərəfindən qanunsuz istifadə edilməsi nəticəsində ona dəymiş zərərə görə Bank məsuliyyət daşımır;

i. Bankın İstifadəçinin hər hansı bir hesabını/hesablarını və ya hesab növünü/növlərini Rəqəmsal Bankçılıq xidmətinə qoşmaqdan, habelə İstifadəçiyə Rəqəmsal Bankçılıq vasitəsilə hər hansı bir əməliyyat növünü aparmaqdan imtina edə bilmək hüququnu İstifadəçi qəbul edir.

j. Qaydalara və Rəqəmsal Bankçılığa Bank tərəfindən birtərəfli qaydada dəyişikliklərin edilməsi hüququnu qəbul edir. Yenilənmiş Qaydaların Rəqəmsal bankçılıqda yerləşdirildiyi gün İstifadəçi tərəfindən onların qəbul edildiyi gün sayılır.

4. Sorğu və etirazların verilməsi və onlara baxılma qaydası:

Müştəri qeydiyyat zamanı və ya qeydiyyatdan keçdikdən sonra yaranmış hər hansı anlaşılmazlıq zamanı Bankın Məlumat Mərkəzinə müraciət edərək müvafiq sorğu və ya etirazını bildirə bilər;

5. Elektron sənədlərin hüquqi qüvvəsi:

a. Bu Qaydalar, o cümlədən Bank tərəfindən birtərəfli qaydada dəyişdirilmiş Qaydalar kağız daşıyıcıda olan İstifadəçinin şəxsi imzası ilə təsdiq olunmuş sənədlərlə eyni hüquqi qüvvəyə malikdir;

b. Sənədlər qanunda nəzərdə tutulmuş qaydada (Elektron imza haqqında qanun) təsdiq olunarkən, bu sənədlər kağız daşıyıcıda olan və istifadəçinin şəxsi imzası ilə təsdiq olunmuş sənədlərlə eyni hüquqi qüvvəyə malikdir. Onlar arasında ziddiyyət olduqda kağızda olan məlumat əsas götürülür;

c. İstifadəçinin Rəqəmsal Bankçılıq sistemi vasitəsilə həyata keçirdiyi əməliyyatlara dair Banka daxil olan elektron sifariş və tapşırıqlar Bank üçün İstifadəçinin hesabları üzrə əməliyyatların keçirilməsi üçün əsas təşkil edir;

d. Bu Qaydalar, o cümlədən Bank tərəfindən birtərəfli qaydada dəyişdirilmiş Qaydalar və Mobil Bankçılıq vasitəsilə təsdiq edilmiş elektron sənədlər mübahisələrin həlli zamanı sübüt təşkil edir.

 

ABB Mobile
YÜKLƏ