Geri qayıtmaq

“Dostuna kart təklif et” kampaniyası 15 AZN-dək keşbek qazandırır!

ABB mobile tətbiqində dostlarınıza TamEco VISA Classic debet, TamGənc VISA debet və ya ABB Miles VİSA debet kartlarını (AZN valyutasında) təklif edərək həm Siz, həm dostunuz 15 AZN-dək keşbek qazana bilərsiniz.

10.03.2023 - 05.04.2023 tarixləri aralığında baş tutacaq kampaniya çərçivəsində dostunuza qeyd olunan kartlardan hər hansısa birini təklif edirsiniz və kartı alan şəxsin ilk uğurlu əməliyyatından sonra həm siz, həm dostunuz müvafiq kart üzrə nəzərdə tutulmuş keşbeki qazanır.

Kartın qiyməti:

  • ABB Miles Visa adi debet – 30 AZN
  • TamKart Gənc Visa debet – pulsuz
  • Tam Eko Visa debet – pulsuz

Kartı əldə edən müştərinin kartla ilk uğurlu əməliyyatından sonra hər iki tərəfin (dəvət edən və dəvət olunan) kartlar üzrə qazanacağı keşbek:

  • ABB Miles Visa Debet – 15 AZN;
  • TamGənc VISA Debet – 5 AZN;
  • TamEco VISA Classic Debet – 5 AZN.

Bir müştəri ən çox 100 AZN keşbek qazana bilər. Bir müştəri hər kartdan 1 ədəd ala bilər. Keşbek əldə etmək üçün kartı alan müştəri sonrakı 14 gün ərzində kartla uğurlu əməliyyat etməlidir. Keşbek müştərinin balansına 21 iş günü ərzində köçürülür. Kampaniya 5 aprelədək keçərlidir.

Sən də faydalan!

ABB Mobile
YÜKLƏ