ABB Tam DigiCard Mastercard sahiblərinə özəl kampaniyaya start verir. Kampaniya 12 avqust – 15 sentyabr 2024-cü il tarixlərində (hər iki tarix daxil olmaqla) davam edəcək və kampaniya müddətində Tam DigiCard Mastercard əldə edən müştərilər nağdsız ödənişlər zamanı 10% keşbek qazanacaqlar.
Kampaniya şərtləri:
- Kampaniya müddətində Tam DigiCard Mastercard debet kartları ilə edilən nağdsız ödənişlərə görə müştərilər əlavə 10% keşbek qazanacaqlar;
- Təklif Tam DigiCard Mastercard debet kartlarını kampaniya müddətində yeni əldə edən müştərilərə şamil olunur;
- Kampaniya müddətində qazanılan keşbeklər dərhal müştərilərin keşbek balansına köçürüləcək;
- Kommunal ödənişlər, mobil operator ödənişləri, vergi/gömrük, dövlət və sığorta ödənişləri, maliyyə institutlarına ödənişlər, kredit ödənişləri, KartTransfer, Unique cash, Quasi cash ödənişləri, nağdlaşdırma əməliyyatları və ləğv edilmiş ödənişlər nəzərə alınmayacaq;
- Bir müştərinin hər kart üzrə qazana biləcəyi maksimal keşbek məbləği 10 AZN-dir.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.