Tibb işçiləri üçün güzəştlər!
Geri qayıtmaq

Tibb işçiləri üçün güzəştlər!

17.06.2020

Tibb işçilərimizin fədakar əməyinə hər zaman yüksək dəyər verən ABB 17 İyun Tibb İşçilərinin Peşə Bayramı  gününü özünəməxsus tərzdə təbrik  edib.

Bank bu günə özəl olaraq tibb işçiləri üçün yeni kampaniyaya  start verib. Kampaniya çərçivəsində ABB-nin TamKart Mastercard Gold, TamKart Visa Classic və TamKart Mastercard Standard kartları tibb işçilərinə pulsuz təklif edilir. Üstəlik, əməkhaqqını ABB vasitəsilə alan tibb işçilərinə bu kampaniya çərçivəsində TamKart üzrə ən azı 1000 AZN-lik kredit limiti ayrılacaq. TamKartın üstünlükləri, müştərilərə yaratdığı imkanlar haqqında ətraflı məlumatları buradan əldə etmək olar.

Kampaniya dövründə tibb işçiləri nağd pul kreditini də ABB-dən 48 ayadək müddətə, 2% güzəştlə, cəmi 18%-dən başlayan faizlərlə, həm də komissiyasız əldə edə bilərlər. 10 000 manata  qədər kreditin rəsmiləşdirilməsinə görə onlardan zamin tələb olunmur. 17 iyundan 30 iyunadək davam edən bu kampaniyanın üstünlüklərindən Azərbaycanın hər bir tibb işçisi faydalana bilər.

Müasir dövlət bankı olan ABB-nin məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.iba.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

ABB Mobile
YÜKLƏ