Geri qayıtmaq

ABB səhmi sifariş et, 5000 manatadək qazan!

01.08.2024
ABB lotoreya

ABB yeni lotereya kampaniyasına start verib. "ABB səhmdarı ol, şanslarını artır!" lotereyasının müddəti 10 sentyabr 2024-cü il tarixinə qədərdir. Bu müddətdə ABB səhmlərini sifariş etmiş investorlar 5000 AZN-dək pul mükafatı qazanmaq şansı əldə edəcəklər.

Tirajların tarixləri:

  • 1-ci tiraj: 01.08.2024 – 10.08.2024 (15.08.2024-cü il, saat 17:00-da oynanılacaq);
  • 2-ci tiraj: 11.08.2024 – 20.08.2024 (23.08.2024-cü il, saat 17:00-da oynanılacaq);
  • 3-cü tiraj: 21.08.2024 – 31.08.2024 (05.09.2024-cü il, saat 17:00-da oynanılacaq);
  • 4-cü tiraj 01.09.2024 – 10.09.2024 (15.09.2024-cü il, saat 17:00-da oynanılacaq).

Lotereyanın şərtlərinə görə, hər səhm sifarişi müştərilərə 1 şans qazandırır. Müştərilər minimum 100, maksimum 400 000 səhm ala bilərlər. Qazanılan şanslar hər tiraj müddətinin yekununda cəmlənəcək və lotereyada həmin say qədər iştirak şansı olacaq. Müştəri hər tirajda 1 dəfə qalib ola bilər.

Tirajlar ABB-nin korporativ Facebook səhifəsi üzərindən canlı yayımda oynanılacaq. Qaliblər proqram təminatının köməyi ilə təsadüfi qaydada seçiləcək və uduşlar pul şəklində müştərilərin ABB-dəki aktiv debet kartı və ya “Faydalı keşbek” hesablarına köçürüləcək.

 

Hədiyyələr hər tiraj üçün eynidir:

- 1 nəfər – 5000 AZN

- 1 nəfər – 3000 AZN

- 1 nəfər – 2000 AZN

- 47 nəfər – 100 AZN

 

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

ABB Mobile
YÜKLƏ