ÜMUMİ MƏLUMAT:
21-30 Sentyabr tarixlərində toplam minimal 500 AZN ödəniş edərək 25 AZN məbləğində keşbek qazanacaqsınız.
KAMPANİYA KİMLƏRƏ AİDDİR:
Kampaniya onunla bağlı məlumatı SMS və ya Push-notification vasitəsi ilə alan şəxslərə aid edilir. SMS/Push mətnində kampaniyaya aid edilən kartın son 4 rəqəmi bildirilir. Digər kartlarla edilən əməliyyatlar kampaniyaya aid deyil. Kampaniyadan hər müştəri yalnız bir dəfə yararlana bilər.
KAMPANİYAYA QOŞULMA MÜDDƏTİ:
Kampaniya şərtləri 21/09/2022 tarixindən 30/09/2022 tarixinədək keçərlidir.
QOŞULMA:
Əgər kampaniya haqqında SMS vasitəsilə məlumat almısınızsa:
- Qoşulmaq üçün SMS–də göstərilən kartınızla qeyd olunan tarixlər aralığında kampaniya üzrə təyin edilmiş müvafiq əməliyyatı (ları) etməlisiniz.
Əgər kampaniya haqqında Push notification vasitəsilə məlumat almısınızsa:
- Linkə daxil olaraq “Qoşul” düyməsini sıxın.
Kampaniyaya aşağıdakı əməliyyatlar daxildir:
- bütün alış-veriş əməliyyatları.
Kommunal, mobil operator, kredit ödənişləri, “Card to card”, mərc oyunları, quasi cash əməliyyatları kampaniyaya aid edilmir.
ƏLAVƏ MƏLUMAT:
- Qazanılmış keşbek məbləğləri müştərilərin kart balanslarına kampaniya bitdikdən sonra 15 iş günü ərzində köçürülür.
- İkinci 500 AZN məbləğində əməliyyat sizə əlavə 25 AZN məbləğində keşbek qazandırmır. Kampaniyadan qazanılacaq maksimal keşbek 25 AZN təşkil edir.
- Əgər SMS/Push notification-da qeyd edilən şəxs deyilsinizsə və ya şəxsi məlumatlarınız bank sistemində səhv qeyd edilibsə, bankla əlaqə saxlayaraq məlumatlarınızda düzəliş etdirə bilərsiniz. Bu şəkildə bankda olan yeniliklərdən və sizə özəl kampaniyalardan xəbərdar ola biləcəksiniz.
- Xarici valyutada edilən əməliyyatlar üzrə bankın hesablama gününə olan məzənnəsinə əsasən, AZN ekvivalenti nəzərə alınır.
- Ləğv edilmiş əməliyyatlar üzrə keşbek hesablanmır.