ÜMUMİ MƏLUMAT:
5-31 mart tarixləri arası toplam 400 AZN-dən yüksək məbləğdə taksitsiz alış-veriş əməliyyatı edərək 20 AZN məbləğində keşbek qazanacaqsınız.
KAMPANİYA KİMLƏRƏ AİDDİR:
Kampaniya SMS-lə kampaniya ilə bağlı məlumat alan şəxslərə aid edilir. SMS mətnində kampaniyaya aid edilən şəxsin ad, soyad və kampaniyaya daxil olan kartının son 4 rəqəmi bildirilir. Digər kartlarla edilən əməliyyatlar kampaniyaya aid edilmir. Kampaniyadan hər müştəri yalnız bir dəfə yararlana bilər.
KAMPANİYAYA QOŞULMA MÜDDƏTİ:
Kampaniya şərtləri 05/03/2021 tarixindən 31/03/2021 tarixinədək keçərlidir.
QOŞULMA:
Qoşulmaq üçün SMS-də göstərilən kartınızla qeyd olunan tarixlər arasında toplam 400 AZN məbləğində taksitsiz alış-veriş əməliyyatı etməlisiniz.
- bütün taksitsiz alış-veriş (həmçinin taksitsiz aptek və tikinti materialları alışları) və onlayn əməliyyatlar aiddir.
Kommunal, mobil operator, kredit ödənişləri və ya “Card to card” əməliyyatları kampaniyaya aid edilmir.
ƏLAVƏ MƏLUMAT:
- Göstərilən tarixlər arasında edilən bütün taksitsiz alış-veriş əməliyyatları toplanır və 400 AZN yaxud daha yüksək olduğu halda 20 AZN müştərinin balansına geri qaytarılacaq.
- Qazanılmış keşbek məbləğləri müştərilərin kart balanslarına kampaniya bitdikdən sonra 10 iş günü ərzində köçürüləcək.
- İkinci 400 AZN əməliyyat sizə əlavə 20 AZN keşbek qazandırmayacaq.
- Əgər SMS-də qeyd edilən şəxs deyilsinizsə və ya şəxsi məlumatlarınız bank sistemində səhv qeyd edilibsə, bankla əlaqə saxlayaraq məlumatlarınızda düzəliş etdirə bilərsiniz. Bu şəkildə bankda olan yeniliklərdən və sizə özəl kampaniyalardan xəbərdar ola biləcəksiniz.
- Xarici valyutada edilən əməliyyat (lar) üzrə bankın hesablama gününə olan məzənnəsinə əsasən AZN ekvivalenti nəzərə alınacaq.
- Ləğv edilmiş əməliyyatlar üzrə keşbek hesablanmayacaq.