Geri qayıtmaq

Toplam 1000 AZN alış-verişə 30 AZN keşbek

ÜMUMİ MƏLUMAT:

17-30 noyabr tarixləri arası toplam minimal 1000 AZN məbləğində alış-veriş əməliyyatı edərək 30 AZN məbləğində keşbek qazanacaqsınız.

KAMPANİYA KİMLƏRƏ AİDDİR:

Kampaniya SMS-lə kampaniya ilə bağlı məlumat alan şəxslərə aid edilir. SMS mətnində kampaniyaya aid edilən şəxsin ad, soyad və kampaniyaya daxil olan kartının son 4 rəqəmi göstərilir. Digər kartlarla edilən əməliyyatlar kampaniyaya aid edilmir. Kampaniyadan hər müştəri yalnız bir dəfə yararlana bilər.

KAMPANİYAYA QOŞULMA MÜDDƏTİ:

Kampaniya şərtləri 17/11/2021 tarixindən 30/11/2021 tarixinədək keçərlidir.

QOŞULMA:

Qoşulmaq üçün SMS-də göstərilən kartınızla qeyd olunan tarixlər arasında toplam minimal 1000 AZN məbləğində alış-veriş əməliyyatı etməlisiniz.

  • bütün alış-veriş və onlayn əməliyyatlar aiddir.

Kommunal, mobil operator, kredit ödənişləri, “Card to card”, mərc oyunları, Quasi cash əməliyyatları kampaniyaya aid edilmir.

ƏLAVƏ MƏLUMAT:

  • Göstərilən tarixlər arasında edilən bütün alış-veriş əməliyyatları toplanır və 1000 AZN, yaxud daha yüksək olduğu halda 30 AZN müştərinin balansına geri qaytarılır.
  • Qazanılmış keşbek məbləğləri müştərilərin kart balanslarına kampaniya bitdikdən sonra 10 iş günü ərzində köçürüləcək.
  • İkinci 1000 AZN məbləğində əməliyyat sizə əlavə 30 AZN məbləğində keşbek qazandırmayacaq. Kampaniya üzrə maksimal keşbek məbləği 30 AZN təşkil edir.
  • Əgər SMS-də qeyd edilən şəxs deyilsinizsə və ya şəxsi məlumatlarınız bank sistemində səhv qeyd edilibsə, bankla əlaqə saxlayaraq məlumatlarınızda düzəliş etdirə bilərsiniz. Bu şəkildə bankda olan yeniliklərdən və sizə özəl kampaniyalardan xəbərdar ola biləcəksiniz.
  • Xarici valyutada edilən əməliyyat (lar) üzrə bankın hesablama gününə olan məzənnəsinə əsasən AZN ekvivalenti nəzərə alınacaq.
  • Ləğv edilmiş əməliyyatlar üzrə keşbek hesablanmayacaq.
ABB Mobile
YÜKLƏ