Geri qayıtmaq

Toplam 1000 AZN alış-verişə 30 AZN keşbek

ÜMUMİ MƏLUMAT:

16-31 avqust tarixləri arası toplam 1000 AZN-dən yüksək məbləğdə taksitsiz alış-veriş əməliyyatı edərək 30 AZN məbləğində keşbek qazanacaqsınız.

KAMPANİYA KİMLƏRƏ AİDDİR:

Kampaniya SMS-lə kampaniya ilə bağlı məlumat alan şəxslərə aid edilir. SMS mətnində kampaniya aid edilən şəxsin ad, soyad və kampaniyaya daxil olan kartının son 4 rəqəmi bildirilir. Digər kartlarla edilən əməliyyatlar kampaniyaya aid edilmir. Kampaniyadan hər müştəri yalnız bir dəfə yararlana bilər.

KAMPANİYAYA QOŞULMA MÜDDƏTİ:

Kampaniya şərtləri  16/08/2021 tarixindən 31/08/2021 tarixinədək keçərlidir.

QOŞULMA:

Qoşulmaq üçün SMS-də göstərilən kartınızla qeyd olunan tarixlər arasında toplam 1000 AZN məbləğində taksitsiz alış-veriş əməliyyatı etməlisiniz.

  • bütün taksitsiz alış-veriş və onlayn əməliyyatlar aiddir.

Kommunal, mobil operator, kredit ödənişləri, “Card to card”, mərc oyunları, Quasi cash əməliyyatları kampaniyaya aid edilmir.

ƏLAVƏ MƏLUMAT:

  • Göstərilən tarixlər arasında edilən bütün taksitsiz alış-veriş əməliyyatları toplanır və 1000 AZN, yaxud daha yüksək olduğu halda 30 AZN müştərinin balansına geri qaytarılacaq.
  • Qazanılmış keşbek məbləğləri müştərilərin kart balanslarına kampaniya bitdikdən sonra 10 iş günü ərzində köçürüləcək.
  • İkinci 1000 AZN əməliyyat sizə əlavə 30 AZN keşbek qazandırmayacaq.
  • Əgər SMS-də qeyd edilən şəxs deyilsinizsə və ya şəxsi məlumatlarınız bank sistemində səhv qeyd edilibsə, bankla əlaqə saxlayaraq məlumatlarınızda düzəliş etdirə bilərsiniz. Bu şəkildə bankda olan yeniliklərdən və sizə özəl kampaniyalardan xəbərdar ola biləcəksiniz.
  • Xarici valyutada edilən əməliyyat (lar) üzrə bankın hesablama gününə olan məzənnəsinə əsasən, AZN ekvivalenti nəzərə alınacaq.
  • Ləğv edilmiş əməliyyatlar üzrə keşbek hesablanmayacaq.
ABB Mobile
YÜKLƏ