1. İkiqat “ƏDV geri al”ı necə qazana bilərəm?
- ABB mobile tətbiqində ƏDV kartı daxilində “2 x ƏDV geri al” funksiyasını aktivləşdirdikdən sonra TamKart-la həyata keçirdiyiniz əməliyyat qəbzlərini ABB mobile-da oxudaraq ikiqat “ƏDV geri al” qazana bilərsiniz.
2. Taksit yoxsa birdəfəlik ödənişə görə ikiqat “ƏDV geri al” qazana bilərəm?
- Həm taksit, həm də birdəfəlik ödənişləriniz üçün ikiqat ƏDV qazanmaq mümükündür.
3. Əməliyyat qəbzini 24 saat ərzində oxutmadıqda ikiqat “ƏDV geri al” qazanmaq mümkündür?
- Xeyr, bu halda sadəcə 1 qat “ƏDV geri al” qazanırsınız.
4. Hansı kart ilə edilən əməliyyat çekini oxutduqda ikiqat “ƏDV geri al” qazana bilərəm?
- Yalnız TamKart-la edilən nağdsız ödəniş qəbzlərini ABB mobile tətbiqində oxutduqda ikiqat “ƏDV geri al” qazanmaq mümkündür.
5. ƏDV geri al saytı və ya digər bankın ƏDV oxuducusu ilə TamKart-la edilən nağdsız ödəniş qəbzlərini oxutduqda ikiqat “ƏDV geri al” qazanmaq mümkündür?
- Xeyr, ikiqat “ƏDV geri al” yalnız ABB mobile tətbiqi ilə oxudulan qəbzlərə şamil olunur.
6. Əməliyyat məbləğimin bir qismi qəbzi oxutduqdan sonra geri qayıtdıqda və ya ləğv edildikdə ikiqat “ƏDV geri al” hesablanır?
- Qaytarılmış və ya ləğv edilmiş ödənişlərə görə ikiqat “ƏDV geri al” qazanılmır.
7. Alış-verişin bir qismini nağd, qalanını nağdsız etdikdə ikiqat “ƏDV geri al” qazanıram?
- Xeyr, qəbzdəki məbləğ ilə həyata keçirilən əməliyyat (kart vasitəsilə) məbləği, habelə qəbzdə qeyd olunan vaxt ilə əməliyyat vaxtı eyni olmalıdır.
8. İkiqat “ƏDV geri al”-ı dərhal necə qazana bilərəm?
- “2 x ƏDV geri al”-ı dərhal almaq üçün hər gün biri 100 AZN-dən çox olmayan maksium beş qəbz oxuda bilərsiniz. Oxudulan qəbz sayı 5-dən çox olarsa, hər növbəti qəbz standart “2 x ƏDV geri al” tarifi ilə hesablanır və ay sonunda balansa qaytarılır.
- “2 x ƏDV geri al” funksiyası üzrə aylıq dərhal qazanıla bilən məbləğ limiti 25 AZN-dir. Bu limiti keçdikdə məbləğ 2 qat hesablanır, lakin dərhal yox, ay sonunda balansa qaytarılır. Qəbz məbləği və qəbz sayı limiti olmadan “2 x ƏDV geri al” üzrə ay ərzində maximal olaraq 50 AZN qazanmaq olar.
9. Ödənişimin "ƏDV geri al" hissəsi 25 AZN-i keçirsə, anında qayıdırmı?
- Aylıq anında "ƏDV geri al"ın ikinci qatı 25 AZN-dən çox olarsa, anında qaytarılması nəzərə alınmır.
10.Aylıq qazanılmış anında "2x ƏDV geri al" məbləği 24 AZN olarsa və müştəri növbəti ƏDV qazandıran ödənişi zamanı 2 AZN-lik "ƏDV geri al" məbləği qazanarsa, anında "2x ƏDV geri al" hesablanacaq?
- Aylıq anında qazanıla bilən "2x ƏDV al" məbləği 25 AZN -dir. Balans 24 AZN olsa və əməliyyatdan əldə olunan "ƏDV geri al" məbləği 25 AZN-i keçsə, bu, dərhal "2x ƏDV geri al" kimi hesablanmayacaq. Yalnız ƏDV qazandıran əməliyyatdan qazanılan məbləğ 25 AZN-lə tamamlanarsa, dərhal "2x ƏDV geri al" kimi hesablana biler.
11. Aylıq qazanılmış "2x ƏDV geri al" məbləği 48 AZN olarsa və növbəti ƏDV qazandıran ödəniş zamanı 5 AZN-lik "ƏDV geri al" məbləği qazanarsa, müştəriyə "2x ƏDV geri al" hesablanacaq?
- Aylıq qazanıla bilən maksimal "2x ƏDV geri al" məbləği 50 AZN -dir. Balans 48 AZN olsa və əməliyyatdan əldə olunan "ƏDV geri al" məbləği 50 AZN-i keçsə bu "2x ƏDV geri al" kimi hesablanmayacaq. Yalnız ƏDV qazandıran əməliyyatdan qazanılan məbləğ 50 AZN-lə tamamlanarsa, "2x ƏDV geri al" kimi hesablana bilər.