ÜMUMİ MƏLUMAT:
17-31 avqust tarixlərində kafe və restoranlarda toplam 200 AZN ödəniş edərək, növbəti ay bütün ödənişlərdə 5% keşbek qazanacaqsınız.
KAMPANİYA KİMLƏRƏ AİDDİR:
Kampaniya onunla bağlı məlumatı SMS və ya Push-notificationla alan şəxslərə aid edilir. SMS/Push mətnində kampaniyaya aid edilən kartın son 4 rəqəmi bildirilir. Digər kartlarla edilən əməliyyatlar kampaniyaya aid deyil. Kampaniyadan hər müştəri yalnız bir dəfə yararlana bilər.
KAMPANİYAYA QOŞULMA MÜDDƏTİ:
Kampaniya şərtləri 17/08/2022 tarixindən 31/08/2022 tarixinədək keçərlidir.
QOŞULMA:
Əgər kampaniya haqqında SMS vasitəsilə məlumat almısınızsa:
- Qoşulmaq üçün sizə göndərilmiş SMS-ə “QAZAN” sözünü yazın və göndərin.
Əgər kampaniya haqqında Push notification vasitəsilə məlumat almısınızsa:
- Linkə daxil olaraq “Qoşul” düyməsini sıxın.
Kampaniyaya aşağıdakı əməliyyatlar daxildir:
- Bütün kafe və restoranlar.
ƏLAVƏ MƏLUMAT:
- Qazanılmış keşbek məbləğləri müştərilərin kart balanslarına kampaniya bitdikdən sonra 15 iş günü ərzində köçürülür.
- Kampaniyadan qazanılacaq maksimal keşbek 30 AZN təşkil edir. Kafe və restoranlarda edilən ödənişlərin ümumi məbləğinin 5%-i 30 AZN-dən yüksək olarsa, müştərinin qazandığı keşbek məbləği 30 AZN-lə məhdudlaşdırılır.
- Əgər SMS/Push notification-da qeyd edilən şəxs deyilsinizsə və ya şəxsi məlumatlarınız bank sistemində səhv qeyd edilibsə, Bankla əlaqə saxlayaraq məlumatlarınızda düzəliş etdirə bilərsiniz. Bu şəkildə Bankda olan yeniliklərdən və sizə özəl kampaniyalardan xəbərdar ola biləcəksiniz.
- Xarici valyutada edilən əməliyyatlar üzrə Bankın hesablama gününə olan məzənnəsinə əsasən, AZN ekvivalenti nəzərə alınır.
- Ləğv edilmiş əməliyyatlar üzrə keşbek hesablanmır.