Geri qayıtmaq

TamKartla 3 fərqli ticarət obyektində minimal 50 AZN ödənişdən sonra, dördüncü ödənişə 10% keşbek hədiyyə

ÜMUMİ MƏLUMAT:

17-31 avqust tarixlərində 3 fərqli ticarət obyektində ən az 50 AZN ödəniş edərək, dördüncü ödənişinizə 10% keşbek qazanacaqsınız.

KAMPANİYA KİMLƏRƏ AİDDİR:

Kampaniya onunla bağlı məlumatı SMS və ya Push-notificationla alan şəxslərə aid edilir. SMS/Push mətnində kampaniyaya aid edilən kartın son 4 rəqəmi bildirilir. Digər kartlarla edilən əməliyyatlar kampaniyaya aid deyil. Kampaniyadan hər müştəri yalnız bir dəfə yararlana bilər.

KAMPANİYAYA QOŞULMA MÜDDƏTİ:

Kampaniya şərtləri 17/08/2022 tarixindən 31/08/2022 tarixinədək keçərlidir.

QOŞULMA:

Əgər kampaniya haqqında SMS vasitəsilə məlumat almısınızsa:

  • Qoşulmaq üçün sizə göndərilmiş SMS-ə “QAZAN” sözünü yazın və göndərin.

Əgər kampaniya haqqında Push notification vasitəsilə məlumat almısınızsa:

  • Linkə daxil olaraq “Qoşul” düyməsini sıxın.

Kampaniyaya aşağıdakı əməliyyatlar daxildir:

  • bütün alış-veriş əməliyyatları.

Kommunal, mobil operator, kredit ödənişləri, “Card to card”, mərc oyunları, quasi cash əməliyyatları kampaniyaya aid edilmir.

ƏLAVƏ MƏLUMAT:

  • Qazanılmış keşbek məbləğləri müştərilərin kart balanslarına kampaniya bitdikdən sonra 15 iş günü ərzində köçürülür.
  • Kampaniyadan qazanılacaq maksimal keşbek 30 AZN təşkil edir. Alış-veriş əməliyyatlarının ümumi məbləğinin 10%-i 30 AZN-dən çox olarsa, müştərinin qazandığı keşbek məbləği 30 AZN-lə məhdudlaşdırılır.
  • Əgər SMS/Push notification-da qeyd edilən şəxs deyilsinizsə və ya şəxsi məlumatlarınız bank sistemində səhv qeyd edilibsə, Bankla əlaqə saxlayaraq məlumatlarınızda düzəliş etdirə bilərsiniz. Bu şəkildə Bankda olan yeniliklərdən və sizə özəl kampaniyalardan xəbərdar ola biləcəksiniz.
  • Xarici valyutada edilən əməliyyatlar üzrə Bankın hesablama gününə olan məzənnəsinə əsasən, AZN ekvivalenti nəzərə alınır.
  • Ləğv edilmiş əməliyyatlar üzrə keşbek hesablanmır.
ABB Mobile
YÜKLƏ

Saytımızda yaşadığınız təcrübəni şərh edin

1-5 ulduzla dəyərləndirin

Şərhiniz üçün təşəkkür edirik!