Hörmətli müştəri, Siz artıq ABB-nin çoxfunksiyalı unikal kart məhsulu olan TamKartın sahibisiniz. TamKartınızın imkanları və üstünlükləri ilə buradan tanış ola bilərsiniz:
- Bir kart – İki fərqli hesab.
TamKart həm kredit, həm də debet kartı imkanlarını özündə cəmləşdirən və hər iki funksiyadan eyni anda istifadə imkanı verən ilk və tək kart məhsuludur. Yəni, Siz TamKartı əldə etməklə bir kartla 2 hesabdan istifadə imkanı qazanırsınız. İstəyinizə əsasən həm Bank tərəfindən ayrılmış kredit xəttindən həm də şəxsi vəsaitiniz olan debet hesabından istifadə etməklə ödəniş apara bilərsiniz. Kartın kredit xətti hesabı üzrə borc öhdəliyinin olması debet hesabına vəsait əlavə etməyə və ondan istifadə etməyə məhdudiyyət yaratmır.
- Keşbek hər yerdə, həm də ən yüksək faizlə!
- TamKart-ın həm kredit, həm də debet xəttindən nağdsız ödənişlər etdiyiniz zaman məbləğin 2%-i* kartınıza geri qayıdır. Bu, ölkədəki bankların emissiya etdiyi bütün plastik kartlar arasında müştəriyə bank tərəfindən ödənilən ən yüksək keşbekdir.
* Taksit əməliyyatları, kommunal ödənişlər, mobil operator ödənişləri, dövlət ödənişləri, kredit ödənişləri, kart transfer, “unique cash”, “Quasi cash” ödənişləri zamanı keşbek hesablanmır.
- TamKart sahibləri əlavə olaraq ABB-nin bütün plastik kart sahibləri üçün yaratdığı “QayğıCash” klubuna avtomatik üzvlük əldə etmiş olurlar. “QayğıCash” klubunun üzvləri Bankın əməkdaşlıq etdiyi ticarət obyektlərində ABB-yə məxsus POS Terminallarda ödəniş edərək 40%-dək əlavə gəlir əldə etmək imkanı qazanırlar. Ətraflı: https://abb-bank.az/az/ferdi/qaygicash-klubu
- Tam al, hissə-hissə ödə.
TamKart sahibləri partnyor mağazalarda tam faizsiz və hissə-hissə ödəniş imkanı əldə edirlər. Partnyorlardan asılı olaraq faizsiz hissə-hissə ödəniş müddəti 2 aydan 24 ayadək dəyişir. Ətraflı: https://tamkart.az/index.php/page/partners
- 60 günədək tam faizsiz güzəşt müddəti.
TamKart sahibləri ölkə daxilində və ölkə xaricində həm nağd, həm də nağdsız ödənişlər etdikləri zaman 60 günədək güzəşt müddəti əldə edirlər. Güzəşt müddəti ərzində müştəri istifadə etdiyi məbləği tam olaraq banka geri qaytardığı halda müştəridən heç bir əlavə faiz ödənişi tələb edilmir.
- TamKartın digər üstünlükləri:
- Pulsuz SMS xəbərdarlıq
- Kart növündən asılı olaraq limitin 50% - 100%-i nağdlaşdırmaq imkanı (Classic / Standart – 50%, Gold – 60%, Platinum – 80%, Premium – 100%).
- TamKart-ın debet hesabından ABB-yə məxsus ATM-lərdə pulsuz nağdlaşdırma.