Geri qayıtmaq

TamKart, Miles və əməkhaqqı kartlarına komissiyasız mədaxil edin!

TamKart debet, ABB Miles debet və əməkhaqqı kartlarına digər bank kartlarından komissiyasız mədaxil üçün nəzərdə tutulan limitlər artırıldı. Yeniliyə əsasən, komissiyasız mədaxil aşağıdakı şərtlərlə tətbiq olunur:

  • TamKart Debet Sadə/ Gold – 3000 AZN-dək mədaxil pulsuzdur. Mədaxil məbləği 3000 AZN-dən çox olduqda 0.5% komissiya hesablanır (AZN/USD/EUR);
  • TamKart Debet Premium/ Platinum, ABB Miles Debet Standard/ Premium – 10 000 AZN-dək mədaxil pulsuzdur. Mədaxil məbləği 10 000 AZN-dən çox olduqda 0.5% komissiya hesablanır (AZN/USD/EUR);
  • Əməkhaqqı Classic/ Standard - 2000 AZN-dək mədaxil pulsuzdur. Mədaxil məbləği 2000 AZN-dən çox olduqda 1% komissiya hesablanır (AZN/USD/EUR);
  • Əməkhaqqı Gold/ Platinum/ Infinite/World Elite - 10 000 AZN-dək mədaxil pulsuzdur. Mədaxil məbləği 10 000 AZN-dən çox olduqda 1% komissiya hesablanır (AZN/USD/EUR);

Ölkədaxili bütün ATM-lərdən bu kartlarla pulsuz nağdlaşdırma aparmaq, istənilən kartlara köçürmələr etmək olar. TamKart Classic, Standart, Gold, TamGənc kartları ilə 7000 manatadək, TamKart Platinumla 10 000 manatadək, TamKart Premiumla 15 000 manatadək nağdlaşdıra və kartlararası köçürmələr həyata keçirə bilərsiniz. Eyni zamanda, AZN valyutalı TamKart debet kartlarında illik qalığa 7% qazanc əldə edirsiniz.

Üstəlik, 30.09.2023-cü il tarixinədək onlayn kanallardan, həmçinin filial və stendlərdən TamKart Visa Classic, TamGənc, TamKart MasterCard Standart debet kartlarını AZN, USD, EUR valyutaları üzrə pulsuz sifariş edə bilərsiniz.

Pulsuz sifariş edin

ABB Mobile
YÜKLƏ